Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Anım Günü qeyd olunub
27.09.2022 16:38

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 27 Sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib.

 

Əvvəlcə tədbir iştirakçıları Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Tədbirdə Xəstəxananın baş həkimi Ülfət Qurbanov çıxış edərək Vətən müharibəsinin başlandığı ilk gündən Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylikdən, 30 illik həsrətdən qovrulub yanan qəlblərin Qələbə ümidi ilə Ali Baş Komandanın ətrafında birləşərək düşmənə dəmir yumruqla zərbə endirdiyi şanlı tarixdən danışıb. Baş həkim bildirib ki, həmin çətin günlərdə Mingəçevir səhiyyəsi də səfərbər oldu. Könüllü ön cəbhəyə yollanan həkimlərin, tibbi və qeyri tibbi heyətin göstərdiyi fədakarlıq danılmazdır. Ön cəbhədə düşmənlə üz-üzə mübarizə aparan əməkdaşlarımızın hazırda sağ-salamat aramızda olması bizim qürur mənbəyimizdir.

 
Mingəçevir ŞMX-nın direktorunun inzibati işlər üzrə müavini Fuad Məmmədov qeyd edib ki, 7-si həkim olmaqla ümumilikdə Mingəçevir ŞMX-nın 17 əməkdaşı Vətən müharibəsinin iştirakçısı olub. Müharibənin fəal könüllülərindən olan daha bir həkim isə sonradan işə götürülüb. Bu gün həmin qəhrəmanlarla çiyin-çiyinə çalışmaq hamımız üçün qürurvricidir.
 
F.Məmmədov bildirib ki, Mingəçevir ŞMX-nın rəhbərliyi tərəfindən şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır. Hazırda xəstəxanada şəhid ailəsinin üzvü olan 37 nəfər çalışır. Həmçinin tibb müəssisəsinə müraciət edən qazilərin müalicəsinə də xüsusi nəzarət edilir, ayrı-aryılıqda hər birinə diqqət və qayğı göstərilir.
 
Tədbirdə digər çıxış edənlər Vətən müharibəsi dövründə ön cəbhədə yerləşən hospitallarda yaralılara yardım göstərmək üçün göndərilən tibbi heyətlə bərabər xəstəxananın vəzifəsindən asılı olmayan bütün personalın həmin günlər müəssədə könüllü şəkildə səfərbər olduğunu, yaralı əsgərlərimizin qayğısına qaldıqlarını xatırladıb, lazım gələrsə yenə də tərəddüd etmədən Milli Ordumuza xidmət etməyə hazır olduqlarını bildiriblər.
 
Sonda xəstəxananın kollektiv Şəhidlər Xiyabanını ziyarət edib, vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, ruhlarına dualar oxuyublar.
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər