Vətən müharibəsinin qazi həkimi Laçın Kərimov - Ağ xalatlı qəhrəmanlar
27.09.2022 11:34
Vətən müharibəsində qazandığımız qələbəni hərbçilərimiz qədər, həm də arxa cəbhədə çalışan digər peşə sahiblərinə borcluyuq. Onların arasında həkimlərin rolu isə xüsusidir.
 

Birinci və İkinci Qarabağ müharibəsində arxa cəbhədə mübarizə aparan həkimlərdən biri də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri, ümumi cərrah Laçın Kərimovdur.

 

Laçın Kərimov 07 yanvar 1971-ci ildə Mingəçevir şəhərində anadan olub. 1991-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb, ümumi uşaq cərrahi ixtisasına yiyələnib. 1997-1998-ci illərdə Mingəçevir ŞMX-da internatura keçib. 1998-2001-ci illərdə Azərbaycan Ordusunda, düşmənlə üz-üzə, ön cəbhədə tibb xidməti rəisi olaraq həqiqi hərbi xidmət keçib.
 
O, 2001-2019-cu illərdə Mingəçevir şəhər 2 saylı Poliklinikasında və Uşaq cərrahiyyə şöbəsində işləyib. 2019-cu ildən etibarən Mingəçevir ŞMX-nın Poliklinika şöbəsinin müdiri vəzifəsində çalışır.
 
Qəbuluna gələn pasiyentlər arasında müharibə iştirakçıları, qazilər olarsa onlara qarşı xüsusi diqqət göstərən Kərim Kərimov özünün də Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etməsindən qürur duyduğunu deyir, yardım edə bildiklərindən fəxlə danışır, köməklik göstərə bilmədiyi şəhid qardaşlarını isə kədərlə xatırlayır: - “Düz iki dəfə keçmişəm Qarabağın qanlı yollarından. İndi oturub şəhid yoldaşlarımı fikirləşəndə deyirəm ki, kaş onlar da əlsiz-ayaqsız olaydılar, amma qayıdaydılar, görəydilər yurdlarındakı bu qələbə büsatını, Müzəffər Ordunun dik duruşunu”.
 
Peşəkar cərrah Kərim Kərimov Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə 2 dəfə iştirak edib. 1992-ci ildə I Qarabağ müharibəsi dövründə 6 ay könüllü olaraq ön cəbhədə - Ağdam rayonu Novruzlu kəndi ətrafında gedən döyüşlərdə qəhrəmancasına xidmət göstərib. 2020-ci ildə II Vətən müharibəsi başlayan kimi də vəzifəsinə sadiq qalaraq ön cəbhəyə yollanan Kərim həkim 4 ay sonra ailəsinə və işinə geri dönüb. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından könüllü cəbhəyə üz tutan, Füzuli ətrafında gedən döyüşlərdə taborların birində tibb xidmətinə rəhbərlik edən, həm döyüşən, həm yaralı yoldaşlarına yardım edən, yaralansa belə, bütün çətinliklərə baxmayaraq ordu ilə birgə irəliləyən və qələbəni Şuşa şəhərində qarşılayan Kərim Kərimova hamı indi qəhrəman kimi baxır.
 
Qazi həkim Kərim Kərimov o günləri xatırladıqca yenə də gözləri dolur, özünü saxlaya bilmir: - “Minamyot qəlpəsindən ağır yaralansam da tez zamanda yaralarımı sarıdıb döyüş yolladaşlarımın yanına qayıtdım. Belə bir zamanda geridə qalmaq olmazdı. Hamıda elə bir əhval-ruhiyyə vardı ki, canavar kimi vuruşurdular. Bəli, onların hamısı qəhrəman idi. 25-30 il boğazımızda düyünlənmiş qəhərimiz vardı, bunun çarəsi ancaq Qələbə idi. Böyük çətinliklə Şuşaya doğru irəlilədik. Düşmən Xankəndi tərəfdən Şuşanı intensiv atəşə tuturdu deyə tapşırığa əsasən şəhər ətrafındakı ərazilərə çəkilib şəhəri ətrafdan qorumağa başladıq. İnanın qələbə əzmi döyüşçülərdə elə yüksək idi ki, əlimizdə silah, çiyinlərimizdə isə yaralı və şəhid döyüşçülər zirvəyə doğru döyüşə-döyüşə 300 spartalı kimi qalxırdıq. Elə həmin vaxt qələbə xəbəri gəldi. O mənzərəni xatırlayanda indi də məni qəhər boğur. Cəmi bir neçə saat, hətta 5-10 dəqiqə əvvəl şəhid olan döyüş yoldaşlarımızın cəsədi önündə diz çöküb səcdə qılırdıq.”
 
“Mən qələbəni Şuşada qarşıladığım üçün özümü qəhrəman əsgər hesab edirəm.” – deyən qəhrəman həkim Kərim Kərimov “Şuşanın azadığına görə” medalı ilə təltif olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır