Səhiyyə Nazirliyinin nümayəndəsi onlayn seminarda iştirak edib
23.09.2020 19:17

Sentyabrın 23-də Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə “Avropada Sağlamlıq Məktəbləri” (Schools for Health in Europe) layihəsinin milli koordinatorları üçün təşkil olunmuş illik seminar-iclas keçirilib.

 

Seminarın əsas məqsədi milli koordinatorların fəaliyyətini dəstəkləmək və sağlamlıq proqramlarına xüsusi diqqət yetirən məktəblərin təcrübə mübadiləsini təmin etmək olub.

 

Videokonfrans formatında keçirilən bu seminarda ölkəmizi “Avropada Sağlamlıq Məktəbləri” layihəsinin milli koordinatoru kimi Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Səbinə Babazadə təmsil edib.

Bu barədə Aztibb.az-a Nazirliyin mətbuat xidmətindən bildirilib.

Builki onlayn seminar-iclasın əsas müzakirə mövzuları Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə “Avropada Sağlamlıq Məktəbləri” layihəsinin milli koordinatorları yerlərdə həyata keçirdikləri iş fəaliyyətləri, COVID-19 pandemiyası zamanı məktəblərdə tətbiq olunan distant təhsil ilə bağlı çətinliklər, məktəblərdə aparılan koronavirusun geniş yayılmasına qarşı tədbirlərin həyata keçirilməsi prosesi olub. Eyni zamanda, tədbirdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə milli koordinatorları “Avropada Sağlamlıq Məktəbləri” layihəsi üçün yeni standartların və göstəricilərin hazırlanmasına dair müzakirələr aparıb.

Onlayn seminar-iclasda "Sağlamlığı təşviq edən məktəb necə olmalıdır?” mövzulu məktəblər üçün nəzərdə tutulmuş təlimatın ikinci nəşrinin müzakirəsi keçirilib. Seminar zamanı 2019-cu ildə xüsusi olaraq müəllimlər üçün hazırlanmış “Sağlamlığı öyrənirik və sağlamlığı möhkəmləndiririk. Əsas konsepsiyalar və tədbirlər” adlı vəsaitlə bağlı geniş müzakirələr aparılıb.

 

İSİM-in şöbə müdiri Səbinə Babazadə onlayn tədbirdə çıxış edərək, Azərbaycanda xüsusi karantin rejimi dövründə məktəblərdə tədris və təlim-tərbiyə prosesinin təşkili haqqında konfransın iştirakçılarına məlumat verib.

 

Sonra ölkəmizdə COVID-19 virusu ilə əlaqədar tətbiq edilən distant təhsilin hazırda şagirdlərin səhhəti, həyat tərzi və rifahına necə təsir göstərdiyi haqda hesabat təqdim edilib.

 

Seminarın sonunda Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə “Avropada Sağlamlıq Məktəbləri” milli koordinatorlara seminarın təşkilatçıları tərəfindən fərdi şəkildə konsultasiyalar verilib. Həmçinin “Avropada Sağlamlıq Məktəbləri” layihəsinin 2020-2021 tədris ili üçün plan və iş perspektivləri müəyyənləşdirilib.

Qeyd edək ki, illik seminarın təşkilatçıları Rusiya Səhiyyə Nazirliyinin "Uşaqların Sağlamlığı üzrə Milli Tibbi Tədqiqat Mərkəzi" Federal Dövlət Muxtar Təşkilatı, ÜST-ün Avropa regional ofisi, “Avropada Sağlamlıq Məktəbləri” Avropa şəbəkəsinin İcraçı Komitəsi və “Avropada Sağlamlıq Məktəbləri” şəbəkəsinin Moskva ofisi olub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır