BMT-nin Baş katibi: ilin sonuna qədər pandemiyaya qalib gələ bilərik
26.09.2022 11:10

Vaksinasiya, testləşdirmə və xəstəliyin yeni yayılma hallarını dəf etməyə hazırolma məsələlərində bərabərsizliyin öhdəsindən gəlindiyi təqdirdə bəşəriyyət ilin sonuna qədər pandemiyaya qalib gələ bilər. Bu barədə BMT-nin Baş katibi BMT-nin Baş Assambleyasının 77-ci sessiyasında COVID-19-la mübarizəyə həsr olunan yüksək səviyyəli tədbirdə çıxış edərək bildirib.

Aztibb.az BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, Baş katib Antonio Quterreş Baş Assambleyanın pandemiya dövründə keçirilən artıq üçüncü sessiya oldu]unu xatırladıb. O qeyd edib ki, COVID-19-un yayılması dünyada çoxlu sayda problem yaradıb, milyonlarla insanın həyatını ağırlaşdırıb. Quterreşin sözlərinə görə tibb işçilərinin qəhrəman səylərinə baxmayaraq, dünya pandemiyanın dağıdıcı nəticələrinə tamamilə hazır deyildi. “Bəlalın heç kimdən yan keçməməsinə baxmayaraq, aşağı və orta gəlirli ölkələr daha çox ziyana uğrayıb”, – deyə BMT rəhbəri əlavə edib.

Eyni zamanda, Baş katib vurğulayıb ki, bəzi nailiyyətlər “güc artıran” ümid verirlər. Onların arasında – əhalinin, o cümlədən xəstəliyə ən həssas qrupların peyvənd göstəricilərinin artması. Yalnız əsasən humanitar böhran yaşayan on ölkədə hazırda peyvəndlə əhatə on faizdən azdır. Orta hesabla, ölkələrdə tibb işçilərinin və yaşlıların təxminən 75 faizinin peyvənd olunmasına nail olunub.

Bundan başqa, testləşdirmə və vaksinasiya ilə birlikdə bu infeksiya qarşısında ən həssas olan əhali qrupları arasında COVID-19-dan ölüm göstəricilərini azaltmağa kömək edən effektiv antivirus preparatlar hazırlanıb. "Lakin bu vəsaitlərin hamı üçün əlçatan olmasını təmin etmək lazımdır", - deyə BMT rəhbəri vurğulayıb.

“Əldə edilən uğur göstərir ki, virus müalicə oluna bilər, biz insanların həyatını xilas edə bilərik. Biz hətta yüksək risk qrupları arasında belə infeksiyanı nəzarət altına ala bilərik”, - deyə o, əlavə edib.

Eyni zamanda, BMT-nin Baş katibi xəbərdarlıq edib ki, virus üzərində tam qələbəyə nail olmaq üçün bir neçə problemin öhdəsindən gəlmək lazımdır.

Birincisi, peyvəndlərin buster dozaları ilə təmin edilməsi sahəsində. Məsələn, yoxsul ölkələrdə tibb işçilərinin yalnız üçdə birindən bir qədər çoxu əlavə vaksinlər alıb.

İkincisi - göstəriciləri bütün dünyada azalan testləşdirmə. Bu yeni ştamların yaranmasına yol açır və mövcud müalicələrin effektivliyini təhlükə altına qoyur.

Üçüncüsü - mümkün yeni təhlükələrin dəf edilməsinə hazırlaşmaq lazımdır – bunun üçün erkən xəbərdarlıq sistemlərinə sərmayə qoymaq, yerlərdə müalicə və diaqnostika vasitələrinin istehsal edilməsi üzrə imkanları genişləndirmək və tibb işçilərinə qayğı göstərmək lazımdır. "Biz bir daha heç vaxt böhran qarşısında hazırlıqsız olmamalıyıq", - deyə BMT rəhbəri vurğulayıb. O, görüş iştirakçılarını lazımi işi başa çatdırmağa və COVID-19-u məğlub etməyə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus təsdiqləyib ki, pandemiyaya son qoymaq şansları heç vaxt indiki qədər yüksək olmayıb. O da bərabərsizliyi xatırladıb və vaksinasiya göstəricilərində, müalicə üçün preparatlarla təminatda və gələcək fəlakətlərə hazırlıq səviyyəsində mövcud fərqi aradan qaldırmağa çağırıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib