TƏBİB əməkdaşları Gəncə Şəhər Birləşmiş Xəstəxanasında olublar
24.09.2022 19:04

TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin əməkdaşları tibbi xidmətin və sənədləşmənin icrasına nəzarət, tibbi xidmətin təşkilinin tənzimlənməsi məqsədi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasında (ŞBX) olub.

 

Gəncə ŞBX-nin tabeli stasionar tibb müəssisələri və onların nəzdində olan müvafiq ambulator struktur bölmələrə baxış keçirilib, tibbi xidmətin qurulması və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində struktur bölmə rəhbərlərinə tövsiyə və tapşırıqlar verilib. Müəssisələrdə tibbi qeydiyyat sənədlərinin tərtibatı, tətbiqi, onların istifadəsinə nəzarətlə bağlı müvafiq mövcud təlimatlar haqqında məlumat verilib.

 

Eyni zamanda, tibb müəssisələrində adekvat tibbi xidmətin göstərilməsi üçün zəruri təchizat ehtiyacları müəyyənləşdirilib. Mövcud kadr potensialının dəyərləndirilməsi, kadr çatışmazlığı səbəblərinin və kadr ehtiyacının müəyyənləşdirilməsi, müəssisələrdə çalışan tibbi personalın səmərəli fəaliyyətinin təmin edilməsi üzrə fikir mübadiləsi aparılıb.

 

Tibb müəssisələrində xidmətin təşkilində çatışmazlıqlar, vətəndaşların tibbi xidmətə əlçatanlığının təmin edilməsi, xəstələrin təxliyyəsinin tənzimlənməsi, tibbi sənədləşmənin düzgün icrası, tibb personalının vəzifə təlimatlarının qaydalara uyğun yerinə yetirilməsi, yerlərdə nəzarət mexanizmlərinin gücləndirilməsi kimi məsələlər də müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır