Pandemiya dövründə çimərliklərdən istifadə edənlərin sayı ilə bağlı - Açıqlama
23.09.2020 17:01

Pandemiya dövründə çimərliklərin monitorinqi məqsədi ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb.

 

Dövlət Agentliyindən "Report"a bildirilib ki, aparılmış təhlil nəticəsində sosial məsafə gözlənilməklə və COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində istifadə üçün yararlı olan 120 çimərlik müəyyənləşdirilib.

 

Həmin çimərliklərdə 5 avqustdan 15 sentyabradək vətəndaşların istirahəti üçün bütün zəruri şəraitin yaradılması təşkil olunub.

 

Eyni zamanda xüsusi proqram təminatı, interaktiv veb səhifə və mobil tətbiq hazırlanıb. Proqram təminatı istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla çimərliyin tutumunu müəyyən etməyə xidmət edib. Həmin məlumatlar xüsusi internet səhifəsində real vaxt rejimində əks etdirilib. Səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri  və s. məlumatları əldə edə biliblər. Eyni zamanda yerlərdə vəziyyətin müəyyən edilməsi üçün xüsusi mobil tətbiq hazırlanıb ki, bu tətbiq vasitəsilə çimərlik ərazisinə daxil olan və çıxan şəxslərin sayı sistemə ötürülməsi təmin olunub. Çimərlik mövsümünün bitməsi ilə əlaqədar olaraq portal fəaliyyətini dayandırıb. 

 

Çimərliklərin fəaliyyətdə olduğu dövr üzrə (05.08-15.09) ümumi giriş sayı 724,266 nəfər olub, o cümlədən avqust ayı üzrə 578,395 nəfər və sentyabr ayı üzrə isə 145,871 nəfər təşkil edib. 

 

Fəaliyyətin təşkil olunması zamanı "ASAN xidmət" tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi arasında koordinasiyalı fəaliyyət təmin edilib.

 

Xüsusi vurğulamaq lazımdır ki, fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədi ilə 1 000-dən artıq ASAN könüllüsü prosesə cəlb edilib. Çimərlik ərazilərində ASAN könüllülərinin təşkilatçılığı ilə “Tap və Qazan” əyləncəli intellektual müsabiqələr təşkil olunub. Könüllülər tərəfindən verilən müxtəlif sualların cavabını tapanlar sərinləşdirici içkilər və kitablar qazanıblar.

 

Son olaraq 19 sentyabr 2020-ci il tarixində Bakı və Sumqayıt şəhərinin 20 çimərlik ərazisində  ASAN könüllülərinin təşkilatçılığı ilə “Xəzəri qoruyaq” adlı təmizlik aksiyaları keçirilib. Aksiya zamanı sahilyanı ərazilər 5 ton tullantıdan təmizlənib. Aksiyaların keçirilməsində məqsəd ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq bütün iştirakçılar tibbi maska və antiseptik vasitələlə təmin olunublar və aksiya sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınaraq təşkil olunub.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır