Gəncədə "Ətraf mühitin mühafizəsi: Sənaye və məişət tullantılarının təkrar emalı" mövzusunda respublika konfransı keçiriləcək
21.09.2022 16:00

24-25 noyabr 2022-ci il tarixlərində Gəncədə AMEA Gəncə Bölməsinin təşkilatçılığı ilə "Ətraf mühitin mühafizəsi: Sənaye və məişət tullantılarının təkrar emalı" mövzusunda respublika konfransı keçiriləcək.

 

Aztibb.az-ın məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsi sahəsində respublikada ekoloji problemlərin həlli ilə bağlı alimlərin həyata keçirdiyi elmi tədqiqat işlərinin müzakirəsidir.

 

Konfransın proqramında aşağıdakı bölmələr üzrə plenar, şifahi və stend məruzələrinin dinlənilməsi nəzərdə tutulur:

 

Neft-kimya, kimya sənayesi tullantıları və təkrar email;

Polimer materiallarının ekoloji problemləri;

Polimer kompozision materiallar;

Aqrosənaye tullantılarının zərərsizləşdirilməsi və təkrar istifadəsi;

Qida və yüngül sənayesi tullantılarının ekologiyası.

 

Tezislərin tərtibinə dair tələblər:

 

Materiallar konfrasın elmi istiqamətlərinə uyğun olaraq tərtib edilməlidir. Həcmi 1-4 səhifə, Times New Roman 12 şriftlə, 1 intervalla, soldan-25 mm, sağdan-15 mm, yuxarıdan-30 mm, aşağıdan-25 mm olmalıdır;

Mətn sətirdən sətrə keçirilmədən yığılmalı, mətn daxilində olan şəkil, qrafik, cədvəllərin parametri sol və sağ kənardan-30 mm olmalıdır;

Məruzənin adı - böyük hərflərlə, qalın, şrift-12, müəlliflərin adları – adi hərflərlə, qalın, şrift-12, məruzəçinin adının altından xətt çəkilməlidir;

Elmi (təhsil) müəssisənin adı – adi hərflərlə, kursiv, şrift-12, məruzəçinin e-mail ünvanı-şrift -12, xülasə, açar sözlər, ədəbiyyata istinadlar mətnin içərisində kvadrat mötərizədə verilməlidir;

İstifadə olunmuş ədəbiyyatların siyahısı əlifba ardıcıllığı ilə göstərilməlidir; Məruzələr 2 nüsxədə (2-ci nüsxə bütün müəlliflər tərəfindən imzalanır) və elektron variantında təqdim olunmalıdır. Ekspert rəyi -1nüsxə Qeydiyyat forması (əlavə 1.) -1nüsxə;

Materiallar müşayiət məktubu ilə birlikdə AMEA Gəncə Bölməsinin ünvanına göndərilməlidir.

 

Təqdim olunan məruzələr tələblərə cavab vermədiyi halda, konfransın proqramına daxil edilməyəcək. Məruzələrin məzmununa və təqdim edilən nəticələrə görə məsuliyyəti müəlliflərin özü daşıyır.

 

Konfransın rəsmi dili: Azərbaycan və rus

 

Tezislərin son göndərilmə tarixi: 20 oktyabr 2022-ci il

 

Əlaqə nömrələri: (+994 22) 256 14 31, 256 42 63, 256 58 29

 

E-mail: aynurenagiyeva24@gmail.com

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır