Qışda xəstələnməmək üçün bu qaydalara əməl edin - Kardioloqdan mühüm məsləhətlər
23.09.2020 13:40
Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi, kardioloq Tamilla Əliyeva "Facebook" sosial şəbəkəsində “Mövsüm dəyişikliyi ilə bağlı xəstəliklərdən necə qorunaq?” sualını cavablandırıb.
Həkim bildirib ki, biz artıq yay fəslini yola salaraq payız fəslinə qədəm qoyuruq. Təbii ki, havalar soyumağa başlayır və insanların orqanizmində müəyyən dəyişikliklərin baş verir. Ona görə də, fəsil dəyişkənliyi zamanı bəzi qaydalara əməl edərək sağlamlığımıza diqqət yetirməliyik. Havalar soyuduqca bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma halları çoxalır:
"Payız mövsümünün xarakterik xəstəliklərinə soyuqdəymə, faringit, sinuzit, bronxit və pnevmoniya aiddır. İqlim dəyişkənliyini insanlar çəkisindən, orqanizmin immunitet səviyyəsindən asılı olaraq müxtəlif cür keçirirlər. Bəzi insanlarda bu özünü halsızlıq, yorğunluqla göstərsə də, bəzilərində yuxusuzluq, iştahsızlıq və depressiya ilə müşahidə olunur. Çox vaxt soyuqdəymə ilə başlayan və fikir verilmədikdə ağır fəsadlar yarada bilən yoluxucu xəstəliklər yayılmağa başlayır.
Soyuqdəymə və qripin əlamətləri halsızlıq, bədən hərarətinin qalxması, boğazda yanma, burun tutulması, axması və əzələ ağrılarıdır. Mədə-bağırsaq sisteminin xəstəlikləri, ürək-damar, böyrək və xroniki xəstəlikləri olanlar, şəkərli diabet və qan təzyiqindən əziyyət çəkənlər bu fəsildə daha diqqətli olmalıdırlar. Çünki, belə xəstəliklər əsasən bu fəsildə kəskinləşir və orqanizmdə müəyyən narahatlıqlar yaradır.
Belə ki, virusa yoluxan orqanizm zəifləyir, gücdən düşür və temperatur dəyişkənliyinə hazır olmadığı üçün müxtəlif xəstəliklərə yoluxma ehtimalı artır. Qripin yoluxma səbəbi hava-damcı yolu ilə keçən infeksiya və ortaq istifadə edilən əşyalardır. Buna görə də qripə yoluxmuş adamdan uzaq gəzmək, tibbi maska və əlcəklərdən istifadə etmək, gigiyena qaydalarına riayət etmək vacibdir.
Payızda yayılan xəstəliklərə yoluxmamaq üçün mövsümə uyğun geyinmək lazımdır. Paltarlar nə çox nazik, nə də çox qalın olmalıdır. Yaxşı olar ki, evdən çıxanda özünüzlə pencək və ya gödəkçə götürəsiniz. Belə olduqda, qəfil külək və ya yağış sizin gəzintinizə mane ola bilməz. Havaların soyuması nəticəsində yaranan xəstəliklərin qarşısının alınması üçün qida rasionuna da diqqət yetirmək çox vacibdir.
Uşaqlar, qocalar və xroniki xəstəliyi olan insanlar payızda sağlamlıqlarının qorunması üçün düzgün qidalanmalıdırlar. Çünki hava dəyişdikcə insan orqanizmində vitamin və minerallara ehtiyac artır. Biz bu ehtiyacları qida vasitəsilə ödəməliyik. Gündəlik qida rasionuna mütləq kök, kələm, bibər, çuğundur, göyərtilər, ağartı məhsulları mütləq daxil olmalıdır. Bununla yanaşı, təbii meyvə şirələrindən istifadə edilməlidir."
O, təbii bitki çayları və salatların da orqanizmin vitamin ehtiyacını ödədiyini diqqətə çatdırıb. Qeyd edib ki, payız fəslində orqanizmin vitamin və mineral ehtiyacını ödəmək insanları qışda ağır xəstəliklərdən qoruyur. Meyvələrdən üzüm, nar, qırmızı giləmeyvə, moruq xəstəliyə yoluxma riskini azaldır. İmmuniteti zəif olan uşaq və yaşlı insanların vitaminlərə, xüsusən də C vitamininə daha çox ehtiyacı vardır. Ona görə də, bu vitaminin daha çox qəbuluna çalışmaq lazımdır.
"Havalar soyuyanda insanlar ev şəraitindən çıxmaq istəmirlər. Məsləhətdir ki, onlar evdə oturmayıb, isti geyinib açıq havada çox olun, fiziki aktivliyə üstünlük verin. Sağlam qidalar qəbul edin. Yayda və payızda vitamin ehtiyatınızı tutun ki, immunitetiniz güclənsin və qışda çox xəstələnməyəsiniz. Bütün bunlara əməl etsəniz, qışı sağlam keçirəcəksiniz", - deyə Tamilla Əliyeva əlavə edib.
Bu bölməyə aid digər xəbərlər
Antibiotiklərə davamlılıq xərçəngdən daha çox insanın ölümünə səbəb ola bilər - Dərmanlar təsirsiz qala bilər
19.10.2026 | 10:53
Yüksək hərarət olmadan da müşahidə edilə bilər – Mütəxəssis pnevmoniyanın gizli əlamətlərini açıqlayıb
18.10.2026 | 12:31
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?
18.10.2026 | 11:28
Həkim payızda burun axmasının iki əsas səbəbini açıqlayıb
18.10.2026 | 10:23
Uşaqlıq dövrü xərçəngləri ilə bağlı yeni kəşf - Xəstəliyi illər əvvəldən müəyyən etmək mümkündürmü?
17.10.2026 | 12:37
Fleboloq və terapevt oturaq iş zamanı tromboz riskləri barədə xəbərdarlıq ediblər
17.10.2026 | 08:36
Sosial medianın görünməyən psixoloji təsirləri
16.10.2026 | 13:14
Payızda kandidozu kəskinləşməsi: Həkim göbələk infeksiyasının üç əsas səbəbini açıqlayıb
15.10.2026 | 08:40
Həkim dərmanları başqaları ilə paylaşmağın təhlükəsi barədə xəbərdarlıq edib
15.10.2026 | 08:01
Posttravmatik stress pozuntusu - Kabuslar yuxusuzluğa və ciddi xəstəliklərə səbəb olur
14.10.2026 | 11:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
15.10.2026 | 09:50
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub
17.10.2026 | 12:18

