Əhali arasında rentgen-flüoroqrafik müayinələr aparılıb - Naxçıvanda
23.09.2020 09:53

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri əhali arasında ağciyər vərəminin profilaktikası və ilkin vərəmin vaxtında aşkar edilməsi məqsədilə rentgen-flüoroqrafik müayinələrə start verib.

 

İlk müayinələr Kəngərli Rayon Mərkəzi Xəstəxanasında aparılıb. Dispanserin həkimləri Sevda Rüstəmova və tibb bacısı Hüsniyyə İsmayılova 151 nəfəri flüoqrafiya müayinəsindən keçirib. Müayinələrdə xəstəxananın tibb işçiləri və uşaq bağçalarının müəllimləri iştirak edib. Müayinələr zamanı xəstə aşkar olunmayıb. Rayonun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndində isə 152 müəllim flüoroqrafiya müayinəsinə cəlb olunub. Bir nəfər xəstəliyə şübhəli bilindiyindən dispanserdə təkrar müayinəsi məsləhət görülüb. Müayinələr zamanı maarifləndirici söhbətlər də aparılıb.

 

Sentyabr ayı ərzində Ağciyər Xəstəlikləri Dispanserinin rentgen-flüoroqrafiyasında 1600 nəfər yoxlanılıb. Bir nəfər dispanser qeydiyyatına, digər bir nəfər isə DOTS proqramı üzrə müalicəyə götürülüb. Hazırda bu proqram üzrə 11 xəstə müalicə alir.

 

Qeyd edək ki, muxtar respublikada yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. Əhalinin müxtəlif qrupları arasında xəstələnmə və ölüm səviyyəsinin azaldılmasına yönəldilmiş immunprofilaktikaya dair çox vacib proqramların həyata keçirilməsi də bunu təsdiq edir. Nəticədə, bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçə infeksion patologiya isə tam ləğv olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır