Lənkəranda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial aksiya keçirilir
13.09.2022 14:13

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, TƏBİB-in və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) 13-14 sentyabr 2022-ci il tarixlərində Lənkəran rayonundan olan şəhid və qazi ailələrinin üzvləri üçün ödənişsiz tibbi-sosial aksiya keçirilir. 


Tibbi aksiyada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu Günay Əhmədova, həkim-pediatr Təranə Göyüşova, həkim-nevropatoloq Mənsumə Talıbova, həkim-uroloq Samir Ağalarov, həkim-psixoloq İradə Ramazanova, həkim-kardioloq Emin Allahverdiyev və 10-a yaxın tibb personalı aksiyada şəhid, qazi ailələrinin üzvlərinə tibbi xidmət göstərirlər.

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək bildirib ki, aksiya zamanı Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı 20-ə yaxın tibb işçisi şəhid və qazi ailələrinin üzvlərinə xidmət göstərəcəklər. Həmçinin, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin tədbirlər planına əsasən bu cür sosial aksiyaların ölkəmizin digər rayonlarında da keçirilməsi planlaşdırılır.

 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov çıxışında qeyd edib ki, şəhid ailələri və qazilərimizə qarşı həssaslıqla yanaşılması dövlətimizin başçısının xüsusi nəzarətində olan məsələlərdəndir. Onun sözlərinə görə, səhiyyə sahəsində çalışan hər bir tibb işçisi də eyni həssaslıqla sözügedən kateqoriyadan olan insanlara yanaşmağa borcludur.

 

Aksiyanın əhəmiyyəti barədə danışan R.Mahmudov bildirib ki, tibbi xidmətə ehtiyacı olan şəhid və qazilərin ailə üzvlərinin bütün problemləri, o cümlədən onların sağlamlığı dövlətin diqqətindədir. “Müayinələr zamanı hər hansı problem yaranarsa, sonrakı mərhələlərdə vətəndaşlarımızın Bakı şəhərində daha ixtisaslaşmış mərkəzi xəstəxanalara yönləndirilərək müalicəsi davam etdiriləcək” deyən millət vəkili tibbi-sosial aksiya zamanı şəhid ailələri və qazilərin ailə üzvlərinin dərman vasitələri ilə də təmin olunacağını söyləyib.

 

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev TƏBİB-in dəstəyi ilə vaxtaşırı olaraq belə tibbi sosial aksiyaların təşkil edildiyini, eyni zamanda, şəhid və qazi ailələrinin tibb xidmətlərlə təminatına, müalicələrinə hər zaman xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

 

Qeyd edək ki, tibbi-sosial aksiya sentyabrın 14-dək davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır