Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Naxçıvanda olublar
13.09.2022 10:32

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional ofisinin nümayəndələrinin, ofisin köməkçi texnologiyalar üzrə məsləhətçisi Andrea Pupulinin və reabilitasiya üzrə məsləhətçisi Sue Eitelin muxtar respublikaya səfəri başa çatıb.

 

Qonaqlar üçgünlük səfər proqramı çərçivəsində Naxçıvan şəhərində fəaliyyət göstərən bir sıra reabilitasiya və fizioterapiya mərkəzlərində, alitəhsilli tibbi kadr hazırlığında müstəsna rol oynayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində olublar. Səfər Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıqla yekunlaşıb.

 

Tanışlıq zamanı Avropa regional ofisinin nümayəndələri bildiriblər ki, Naxçıvan Muxtar Respublikasına səfərin əsas məqsədi Azərbaycan hökumətinin dəvətinə cavab olaraq respublikada köməkçi texnologiyalar və reabilitasiya sektorunun gücləndirilməsinə, o cümlədən Naxçıvan Muxtar Respublikasında bu vəziyyətin qiymətləndirilməsi və gələcəkdə görüləcək işlərlə yaxından tanış olmaqdır.

 

Qeyd edilib ki, muxtar respublikada reabilitasiya aparılan müəssisələrdə yaradılan şərait, bu sahə üzrə mövcud infrastruktur, maddi-texniki baza burada sağlamlıq imkanları məhdud şəxslərə göstərilən yüksək reabilitasiya xidmətindən xəbər verir.

 
Naxçıvanın mühiti, təbiəti, habelə turizm potensialı barədə zəngin təəssürat əldə edən qonaqlar qeyd ediblər ki, tibbi reabilitasiya keçirilmiş ağır xəstəliklərdən sonra travma zamanı orqanizmin normal psixi və fizioloji funksiyalarının qismən pozulması və ya tamamilə itirilməsinin bərpasına yönəldilmiş bir sıra müalicə metodlarının kompleks tətbiqidir. Bu səbəbdən də insanların həyat keyfiyyətini yaxşılaşdırmaq üçün səhiyyə sistemlərində reabilitasiya və köməkçi texnologiya məhsullarına əlçatanlıq bu istiqamətdə qarşıya qoyulmuş əsas məsələdir. Beynəlxalq təşkilat təmsilçiləri kimi onlar qlobal miqyasda həyata keçirilən təşəbbüslərlə daha yaxından tanış olurlar.

 
Azərbaycan Respublikasının dəvətinə əsasən respublikanın müxtəlif bölgələrində olduqdan sonra Naxçıvan Muxtar Respublikasına səfərin də çox yaxşı keçdiyini deyən qonaqlar bildiriblər ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində istər böyüklərə, istərsə də azyaşlı uşaqlara göstərilən xidmətlə yaxından tanış olublar. Öyrəniblər ki, mərkəz vasitəsilə eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün distant dərslər keçilir. Distant tədrisə cəlb edilmiş xüsusi qayğıya ehtiyacı olan uşaqlar kompüter avadanlıqları və internetlə təchiz olunur, həmçinin bu şagirdlər məktəbli geyim dəsti və dərs ləvazimatları ilə təmin edilirlər. Bununla yanaşı, mərkəzdə görmə məhdudiyyətli şəxslər üçün brayl yazı formatında kitablar təqdim olunur. Bütün bunlar sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edir.

 
Səfər çərçivəsində Naxçıvanın bir sıra yerlərinə ekskursiyalar edən ÜST nümayəndələri Duzdağ Fizioterapiya Mərkəzi, buranın duz mağarasının bronxial-astma xəstəliyinin və oynaq ağrılarının müalicəsində əvəzsiz rol oynaması, bu ünvanda pasiyentlərə yaradılan şərait haqqında müsbət təəssüratlarını ifadə ediblər. Bütün bunlar bir daha təsdiq edir ki, Naxçıvanda səhiyyə, xüsusilə də reabilitasiya, fizioterapiya və sosial siyasət diqqətdə saxlanılır.

 
 
 
 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır