Salyan Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları tam avtomatlaşdırılıb
12.09.2022 07:33

TƏBİB-in “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində növbəti tibb müəssisəsinin - Salyan Rayon Mərkəzi Xəstəxanasının tibbi laboratoriyaları yenidən təşkil olunub.

 

Cəlilabad-Salyan tibbi ərazi bölməsinə daxil olan Salyan Rayon Mərkəzi Xəstəxanasının yenidən təşkil olunmuş tibbi laboratoriyaları istifadəyə verilib, açılışla əlaqədar xəstəxanada ənənəvi konfrans keçirilib.

 

Konfransda tibb müəssisəsinin direktoru Ramin Qasımov, TƏBİB-in İşçi Qrupunun üzvləri, tibb müəssisəsinin həkimləri və personalı iştirak ediblər. “Laboratoriyaların standartlaşdırılması üzrə işçi qrup”unun görülmüş işlər barədə ətraflı məruzəsi dinlənilib.

 

Regionda ilk dəfə yaradılan tam avtomatlaşdırılmış Mərkəzi Laboratoriyanın Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələrində işləniləcək analizlərin nəticələrinin istər ambulator pasiyentlərə, istərsə də stasionarda yataraq müalicə alan xəstələrə keyfiyyət standartlarına uyğun şəkildə və qısa müddətə veriləcəyi bildirilib.

 

Yenidən təşkil olunmuş tibbi laboratoriyaların fəaliyyətə başlamasına həsr olunmuş elmi konfransda TƏBİB-in İşçi Qrupunun mütəxəssisləri tərəfindən “Xəstəliklərin diaqnostikasında tibb laboratoriyaların əhəmiyyəti”, “Laborator analizlərin istək olunması, xəstələrin analiz öncəsi hazırlığı” mövzularında məruzələr dinlənilib, konfrans iştirakçıları ilə interaktiv diskussiya aparılıb.

 

Klinik Laboratoriya Mütəxəssisləri İctimai Birliyinin (KLMİB) də dəstəyi ilə müalicə həkimləri, orta və kiçik tibbi personal üçün təlimlərin mütəmadi keçiriləcəyi barədə məlumat verilib.

 

Salyan Rayon Mərkəzi Xəstəxanasının həkimləri çıxış edərək icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan 600-dək analizin dəqiqliklə və qısa müddətdə təqdim olunmasının müalicənin keyfiyyətini dəfələrlə artıracağını qeyd ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır