Bu özəl tibb mərkəzlərinin qanunsuz fəaliyyəti aşkarlandı
22.09.2020 17:27

Prokurorluq orqanları tərəfindən cəmiyyətimiz üçün aktuallığı ilə seçilən problemlərin həllinə xüsusi diqqətin göstərilməsi, hüquqpozmaların qarşısının alınması və baş vermiş qanun pozuntularının araşdırılaraq müvafiq qanuni tədbirlərin görülməsi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Aztibb.az-a bildirilib ki, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsi, insanların səhhətinin lazımi şəkildə qorunması və bu xidmətlərin göstərilməsi zamanı sağlamlıqlarına zərər vurulmasının qarşısının alınması prioritet məsələlərdən biridir.

 

Belə ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi Nərimanov və Neftçala rayon prokurorluqları ilə birlikdə apardığı araşdırmalar nəticəsində paytaxtın Nərimanov rayonunda yerləşən “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle” hospitalının və Neftçala rayonunda yerləşən “ES studio” özəl tibb mərkəzinin qanunsuz fəaliyyəti nəticəsində vətəndaşların hüquqlarına və sağlamlıqlarına xələl vurulması faktları aşkar edilib.

 

Aparılmış araşdırma nəticəsində həmin müəssisələr və onların vəzifəli şəxsləri barədə inzibati xəta haqqında icraatlar başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəmə və səlahiyyətli qurumlara göndərilmiş, onlar Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada “əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmə” və “lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma” inzibati xətalarına görə məsuliyyətə cəlb olunaraq məhkəmənin müvafiq qərarları ilə inzibati qaydada cərimə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib