Zədələnmiş ön çarpaz bağının bərpası mütləqdirmi?
22.09.2020 17:14

Diz oynağının daxilində və mərkəzində bud və qamış sümüklərini birləşdirən çarpaz şəkildə yerləşmiş öndə olan bağ ön çarpaz bağ, arxada yerləşmiş bağ arxa çarpaz bağ adlanır. Ön çarpaz bağ dizin normal funksiyası üçün vacib sabitləyici bağlardan biridir. Ön çarpaz bağı qalın, yetərincə möhkəm olub diz oynağında burxulmaların, baldırın önə doğru normadan artıq yerdəyişməsinin qarşısını alır.

Ön çarpaz bağı adətən idman travmaları zamanı vücudun bir diz üzərində kəskin hərlənməsi nəticəsində - yəni bağ sabit ayaq üzərində dayanarkən bud sümüyünün qamış sümüyü üzərində ani dönməsi nəticəsində zədələnir. Bağın qopmasının təyini kliniki və Maqnit Rezonans Tomoqrafiyası müayinələrinin aparılması ilə dəyərləndirilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi Ramin Rzayev məlumat verib. 

O, bildirib ki, xəstələr bağın zədələnməsindən sonra diz oynağında tez-tez burxulma, boşalma hissi, gücsüzlük və qeyri-stabillik kimi simptomlar ilə müraciət edirlər. Ön çarpaz bağı zədələnmiş diz oynağında şikayəti olan gənc insanlarda və idmançılarda bağın bərpası vacibdir. Bunun üçün qapalı - artroskopik yolla icra edilən müasir müalicə üsulları mövcuddur.

Həkimin sözlərinə görə, bu zədənin konservativ müalicə üsulları ilə bərpası qeyri-mümkündür. Xəstənin yaşı 45-dən yuxarıdırsa, diz oynağının çəkilmiş rentgen müayinəsində artroz əlamətləri müşahidə edilirsə ön çarpaz bağının bərpası məsləhət görülmür.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Respublika Klinik Xəstəxanası qeydiyyatçı vakansiyası elan edir
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub  
 Rezidentlər üçün “Laparoskopik bazis vərdişlər” təliminə start verilib