“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanacaq
22.09.2020 16:38

Sentyabrın 22-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız sessiyasında  ilk iclası keçirilib.

 

Milli Məclisin Mətbuat  və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitə sədri Tahir  Rzayev  2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib.  Vurğulanıb ki, ötən dövrdə komitə gərgin işləyib. 7 iclas keçirilib, 17 məsələ müzakirə olunub.

 

Sessiyalar ərzində komitənin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edilib. Bildirilib ki, qarşıdakı  sessiyada iş planına Azərbaycan Prezidentinin,  Respublika Ali Məhkəməsinin, Baş Prokurorun, Milli Məclisin deputatlarının, Naxçıvan MR Ali Məclisinin qanunvericilik təşəbbüsü  qaydasında təqdim etdiyi sənədlərin müzakirəsi, “Qida  təhlükəsizliyi haqqında” qanun layihəsinin hazırlanması, bir sıra qanunvericilik aktlarına əlavə  və dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır