Ucarda yeni Ailə Sağlamlıq Mərkəzi istifadəyə verilib
01.09.2022 18:50

Ucar rayonunun Bərgüşad kəndində yeni tikilən Ailə Sağlamlıq Mərkəzi (ASM) istifadəyə verilib.

 

TƏBİB-dən Aztibb.az-a verilən məlumata görə, yeni istifadəyə verilən ASM-də ailə həkimi, stomatoloji və manipulyasiya kabinetləri, peyvənd otağı fəaliyyət göstərir.

 

ASM-də göstəriləcək tibbi xidmətlərdən Bərgüşad (7000 nəfər) kəndi ilə yanaşı, Bayman (2500 nəfər) və Yuxarı Şilyan kənd (3500 nəfər) sakinləri də yararlana biləcəklər.

 

Yaponiyanın Azərbaycandakı səfirliyinin “Ot kökü və insan təhlükəsizliyi” Qrant layihəsi çərçivəsində tikilən ASM-in təchizatı Ucar Rayon Mərkəzi Xəstəxanası tərəfindən həyata keçirilib.

 

Məntəqənin açılış mərasimində Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri, TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin məsul əməkdaşları Pərviz Rüstəmbəyov, Rasim Tahirli, Ucar Rayon İcra Hakimiyyətinin başçısı, Ucar Rayon Mərkəzi Xəstəxanasının rəhbər şəxsləri və b. iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır