“Həkimlərimizi tanıyaq!” - Gəncə Şəhər Birləşmiş Xəstəxanasının psixoloqu Zahid Tağıyev
31.08.2022 15:39
Aztibb.az “Həkimlərimizi tanıyaq!” rubrikasında mehriban rəftarı ilə pasiyentlərin hörmətini və rəğbətini qazanmış Gəncə Şəhər Birləşmiş Xəstəxanasının psixoloqu Zahid Tağıyev haqqında məlumatları təqdim edir.
Zahid Zeynalabdin oğlu Tağıyev 2 iyul 1990-cı ildə anadan olub. Ali təhsilini Gəncə Dövlət Universitetində (GDU) alan Zahid Tağıyev Bakıda insanlararası münasibətlər, insan tanıma resursları və digər sahələrdə təcrübə keçib, eyni zamanda bir çox beynəlxalq dərəcəli ixtisas artırma təlimlərində, Ümumdünya Səhiyyə Təşkilatı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə dünyaca məşhur universitetlərin (Kolumbiya Universiteti - Müəllimlər Kolleci, Sankt-Peterburq V.M.Bexteryev adına Psixonevrologiya İnstitutu, Ankara Universiteti və s.) yay məktəblərində, tədris proqramlarında uğurla iştirak edib.
O, 2021-ci ildə TƏBİB-in Psixoloji Dəstək Xidməti komandası ilə müharibə iştirakçıları, qazilər, şəhid ailələri və terrordan zərər çəkənlər qruplarına psixoloji dəstək göstərib. Zahid Tağıyev 2014-cü ildən Düşüncə və davranış terapiyası proqramını (Sankt-Peterburq V. M. Bexteryev adına Psixonevrologiya İnstitutu), 2021-2022-ci illər ərzində isə EMDR terapiya sertifikatlaşdırılan təlimin (EMDR Avropa) iki modulunu da tamamlayaraq hər iki terapiya üzrə psixoterapevt statusunu qazanıb.
Zahid Tağıyev 2011-ci ildə regionda ilk psixologiya mərkəzini təsis edib. 2015-ci ildə Daşkəsən rayon Əmirvar kənd məktəbində psixoloq, 2016-2019-cu illər ərzində psixoloji mərkəzdə təlimçi və psixoloq vəzifələrində çalışıb. Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasında psixoloq işləyir.
Bu bölməyə aid digər xəbərlər
Salyanın Kürqaraqaşlı kənd məktəbinin müəllimləri üçün maarifləndirici tədbir
22.10.2026 | 15:35
“Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
21.10.2026 | 15:16
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru vətəndaşların müraciətlərini dinləyib
20.10.2026 | 11:11
Şirvan ŞMX-da total tiroidektomiya əməliyyatı icra olunub
19.10.2026 | 11:10
Naxçıvanda məhkumların profilaktik tibbi müayinəsi aparılıb
19.10.2026 | 10:27
Abbas Səhhət adına xəstəxanada həkim-mütəxəssislər üçün təlim: “Qan qazlarının analizi və kliniki qiymətləndirilməsi”
18.10.2026 | 14:03
Ağcabədi RMX-da “Tibb işçisinin peşəkar davranış qaydaları” mövzusunda təlim keçirilib
18.10.2026 | 13:38
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında növbəti uğurlu neyrocərrahiyyə əməliyyatı
18.10.2026 | 12:44
Tərtər RMX-nın Təcili Tibbi Yardım və Cərrahiyyə şöbəsinin tibb işçiləri təlimə cəlb olunub
17.10.2026 | 16:33
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

