Nazim Əhmədovun 65 illik yubileyi qeyd olunub
30.08.2022 19:18

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktoru Nazim Əhmədovun 65 illik yubileyi münasibətilə tədbir təşkil olunub.

 

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə səhiyyə sahəsinə göstərdikləri diqqət və qayğıdan bəhs edib. Bildirib ki, qəbul olunmuş dövlət proqramlarının icrası insanlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsinə, yaxşılaşmasına müsbət təsirini göstərib.

 

Bu fəaliyyətin Gəncə şəhərində də öz əksini tapdığını söyləyən Niyazi Bayramov Nazim həkimin səhiyyə sahəsində olan xidmətlərinin əvəzsiz olduğunu vurğulayıb. O bildirib ki, yüzlərlə insana sağlamlıq bəxş edən, gördüyü bu işdən hədsiz zövq alan Nazim həkim özünün biliyi, təcrübəsi, peşəkarlığı və şəxsi keyfiyyətləri ilə tanınır, şəhərdə ictimai fəaliyyəti ilə fərqlənir.

 

Niyazi Bayramov yubilyarı təbrik edərək ona möhkəm can sağlığı və gələcək işlərində uğurlar arzulayıb.

 

Tədbirdə həmkarları və gənc həkimlər Nazim Əhmədova təbriklərini çatdırıblar.

 

Tədbirin sonunda Niyazi Bayramov Nazim Əhmədovu 65 illik yubileyi münasibətilə, Gəncə şəhərinin ictimai həyatında və səhiyyə sahəsindəki səmərəli fəaliyyətinə görə Təşəkkürnamə ilə təltif edib.


Nazim Əhmədov öz növbəsində göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

 

Qeyd edək ki, Əhmədov Nazim Məmməd oğlu 29 avqust 1957-ci il tarixdə Gəncə şəhərində anadan olub. Uzun illərdir ki, Gəncə şəhər səhiyyə sahəsində xidmətləri ilə seçilib. Hazırda “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktor vəzifəsində çalışır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır