Abbas Səhhət adına Xəstəxananın Anestezilogiya, reanimasiya və intensiv terapiya şöbəsində YENİ TƏYİNAT
30.08.2022 16:11

Tanınmış həkim Pənah Pənahov Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Abbas Səhhət adına Xəstəxananın Anestezilogiya, reanimasiya və intensiv terapiya şöbəsində anestezioloq-reanimatoloq vəzifəsinə təyinat alıb.

 

Bu barədə Aztibb.az-a Gəncə Şəhər Birləşmiş Xəstəxanasından məlumat verilib.

 

Qeyd olunub ki, Pənah Nəriman oğlu Pənahov 1 oktyabr 1960-cı ildə Tovuzda anadan olub. 1982-1988-ci illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.
 
O, 1988-1992-ci illərdə Gəncə şəhərində Təcili Tibbi Yardım stansiyasında, 1992-1997-ci illərdə isə Hərbi Hospitalda çalışıb. Daha sonra 1 saylı Doğum evinin Reanimasiya şöbəsində fəaliyyətini davam etdirib. Pənah Pənahov 2005-2022-ci illərdə Onkoloji xəstəxanada reanimatoloq-anestezioloq vəzifəsində çalışıb. Hazırda Abbas Səhhət adına Xəstəxananın Anestezilogiya, reanimasiya və intensiv terapiya şöbəsində anestezioloq-reanimatoloq işləyir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır