Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədovun doğum günüdür
29.08.2022 15:20

Bu gün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru Nazim Əhmədovun 65 yaşı tamam olur.

 

Aztibb.az xəbər verir ki, Nazim Məmməd oğlu Əhmədov 1958-ci ildə Gəncə şəhərində anadan olub. O, 1975-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub, 1981-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

 

1982-1986-ci illərdə Rusiyanın Penza vilayətinin Belinsk şəhərində sahə həkimi, daha sonra Terapiya şöbəsində həkim və şöbə müdiri kimi fəaliyyət göstərib. 

Nazim Əhmədov 1986-1992-ci illərdə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasında həkim-terapevt, 1992-2006-ci illərdə isə həmin şöbənin müdiri vəzifəsində çalışıb. 2006-cı ildən Abbas Səhhət adına 1 saylı xəstəxananın baş həkimi kimi fəaliyyət göstərib. O, 1998-ci ildən Gəncə Səhiyyə İdarəsinin baş terapevtidir.

Eyni zamanda, 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

 

Nazim Əhmədovu doğum günü münasibətilə Aztibb.az səhiyyə portalı adından təbrik edir, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq!

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır