Xərçəng və ürək xəstəlikləri riskini azaldan vasitə - Qəhvəyi düyü
21.09.2020 19:57

Qəhvəyi düyüdən istifadə xərçəng və ürək-damar xəstəlikləri riskini azaldır.

Aztibb.az "FoodNews" portalına istinadla xəbər verir ki, aparılan tədqiqatların nəticələrinə əsasən, bu dənli bitkinin tərkibində olan selen və maqnezium arteriya damarlarında xolesterin toplanmasının qarşısını alır. Bundan başqa, onun tərkibindəki iltihab əleyhinə təsirə malik antioksidantlar döş və yoğun bağırsaq xərçəngi riskini azaldır.

Həkimlərin sözlərinə görə, zülal, mineral və bağırsağın fəaliyyətini tənzimləyən liflərlə zəngin olan bu növ düyü, həmçinin qanda şəkərin səviyyəsini normallaşdırır və uzun müddətə toxluq hissi yaradır.

Ekspertlər qəhvəyi düyünü orta porsiyalarla yeməyi, qarnir kimi süfrəyə qoymağı, eləcə də şorba və salata qatmağı tövsiyə edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub