Ozonoterapiya zamanı toxumaların oksigen təminatı artır - Fitoterapevt
23.08.2022 15:39

Ozonoterapiya qeyri-ənənəvi müalicə üsullarından biridir və ozonun yüksək oksidləşdirici və katalitik xüsusiyyətlərindən geniş istifadə etməyə imkan verir. Ozonoterapiya zamanı toxumaların oksigen təminatı artır, mikrosirkulyasiya yaxşılaşır, yeni damar və kapilyarlar qan dövranına qoşulur, qanyaranma sürətlənir, orqanizmin immun sistemi aktivləşir. Bundan başqa, ozonun bakteriya və virus əleyhinə təsirləri var. Antiseptiklərdən fərqli olaraq ozonun toxumalara qıcıqlandırıcı və dağıdıcı təsir göstərməməsi orqanizmin antioksidant sistemlərə malik olması ilə əlaqələndirilir.

 

Aztibb.az xəbər verir ki, bu barədə həkim-fitoterapevt Elnur Eldaroğlu deyib:

 

“Ozonoterapiya qanı oksigenlə zənginləşdirir. Adi halda venoz qanla oksigenin parsial təzyiqi 40 millimetr civə sütunu təşkil edir. Aparılan təcrübələr zamanı müəyyən olunub ki, ozonoterapiyadan sonra oksigenin parsial təzyiqi 20 millimetr civə sütununa enir. Nəticədə oksigenin daha çox hissəsi toxumalara keçir. Heç bir dərman maddəsi ilə həmin effekti əldə etmək mümkün deyil. Məhlul 20 dəqiqə ozonlaşdırıldıqdan sonra 10-15 dəqiqə ərzində vena daxilinə köçürülür. Müalicə kursu 5-12 dəfə, gündəlik və ya günaşırı aparılır”.

Ozon-oksigen qarışığının dərialtı piy qatına yeridilməsi yerli olaraq piy toxumasının parçalanmasına və beləliklə, arıqlamağa, sellülitdən azad olmağa şərait yaradır. Həkim-fitoterapevtin dediyinə görə, müasir estetik təbabətin ən aktual problemlərindən biri sellülitin müalicəsidir. Ozonoterapiya bu sahədə ən yaxşı üsullardan sayılır. Lakin ozonoterapiyadan tibbin ən müxtəlif sahələrində - cərrahiyyədə, endokrinologiya, oftalmologiya, urologiya, mama-ginekologiya, dermatologiya, nevrologiya və s. sahələrdə də istifadə edilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib