Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Perinatal Mərkəz 7/24 saat vətəndaşların sağlamlığının keşiyindədir
23.08.2022 14:02
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Perinatal Mərkəz Gəncə və yaxın, ətraf regionlardan olan vətəndaşlara 7/24 saat xidmət göstərir. 80 çarpayılıq Perinatal Mərkəz ana olmağa hazırlaşan qadınlara, o cümlədən dünyaya yenicə göz açan körpələrə yüksəkixtisaslı diaqnostik, konsultativ və müalicə yardımı göstərən tibb müəssisəsidir.
 
Aztibb.az-ın xəbərinə görə, Perinatal Mərkəz icbari tibbi siğortanın tətbiqi ilə əlaqədar 2021-ci ilin yanvar ayının 1-dən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində fəaliyyət göstərir.
 
Hazırda xəstəxanada 3 şöbə - Doğum, Hamiləliyin patologiyası, Reanimasiya, intensiv terapiya və anesteziologiya şöbələri, eləcə də Yenidoğulmuşların intensiv terapiya bölməsi mövcuddur.
 
Mərkəzdə ümumi işçilərin sayı 128 nəfərdir ki, onlardan da 17-i həkimdir. Burada peşəkar həkim kollektivi sayəsində hər il onlarla yenidoğulmuş ağır vəziyyətlərdən çıxarılaraq sağlam şəkildə ailələrinə qovuşur.
 
Perinatal Mərkəzin rəhbəri Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktor müavini Sevda Hüseynovadır.
 
Ünvan: Gəncə şəh., M. Xələfov 8
Əlaqə nömrəsi: (+994 222) 55 74 06
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır