"I Gəncə Qastroenteroloji günləri” tibbi konfransı keçirilir
20.08.2022 15:23

Gəncə Beynəlxalq Xəstəxanasının təşkilatçılığı ilə “I Gəncə Qastroenteroloji günləri” adlı tibbi konfrans keçirilir.

 

Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası, TƏBİB, Milli Onkologiya Mərkəzi, Azərbaycan Qastroenteroloqları və Hepatoloqlar İctimai Birliyi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ və digər qurumların iştirakı ilə baş tutub.

 

Öncə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Daha sonra beynəlxalq tibbi konfrans öz işinə başlayıb.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin direktor əvəzi İlkin İsmayılov, Azərbaycan Endoskopik- Laparoskopik Cərrahlar Assosiasiyasının sədri, professor Müşviq Həsənov, “Olimp Hospital”ın Qastroenterologiya, hepatologiya və invaziv endoskopiya mərkəzinin müdiri Aqil Ağakişiyev və başqaları iştirak ediblər.

Qeyd olunub ki, dünyada tibbi texnologiyanın və müalicə metodlarının sürətlə inkişaf etməsinə baxmayaraq, hələ də təbabətdə həllini gözləyən çoxsaylı problemlər mövcuddur. Bu problemlərin həlli yollarının axtarılması tibb elm adamları və mütəxəssislərini daim düşündürür. Bir çox xəstəliklərin erkən diaqnostikasında və müalicəsində kompleks müalicə metodları ilə yanaşı, laparoskopik, endoskopik və robotik cərrahiyyə metodları yeni texnologiyalar sayəsində daha sürətlə və etibarlı olaraq həyata keçirilə bilir. Bu baxımdan müasir müalicə metodlarının multidisiplinar müzakirəsi olduqca aktualdır. Günümüzdə bilik və təcrübə ehtiyaclarının ödənilməsi üçün müasir texnologiyaların, müalicə metodlarının, yanaşmaların təhlil edilməsi vacibdir.

Konfransda yerli və xaricin mütəxəssislərin “Endoskopik submukozal disseksiyon”, “Qida borusu stentlənməsi. Nə zaman? Hansı stent?”, “Heriatrik xəstələrdə üst GİS qanamalarının endoskopik müalicəsi”, “Perianal fistulların müalicəsində cərrahi müdaxilə üsullarının seçilməsi” və digər mövzularda məruzələri dinlənilib, əməliyyat blokundan canlı yayım izlənilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova “I Gəncə Qastroenteroloji günləri” tibbi konfransın təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Endoskopik-Laparoskopik Cərrahlar Assosiasiyası tərəfindən “Təşəkkürnamə” təqdim olunub.

2 gün davam edəcək tədbirdə təbabətin müxtəlif sahələrində aktual olan bir çox problemlərin həlli istiqamətində müzakirələr aparılacaq, canlı təqdimatlar olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır