Sentyabrın 21-i Beynəlxalq Altsheymer Xəstəliyi barədə Məlumatlandırma Günüdür
21.09.2020 12:47

Hər il sentyabrın 21-i Beynəlxalq Altsheymer Xəstəliyi barədə Məlumatlandırma Günü kimi qeyd edilir.

Aztibb.az xəbər verir ki, bu gün 1994-cü ildə xəstəliyin araşdırılması və onun inkişafının ləngidilməsi ilə məşğul olan təşkilatın təşəbbüsü ilə təsis olunub.

Vaxtilə qədim Yunanıstanda yaşla yaddaş zəifliyi arasında əlaqənin olduğunu söyləsələr də, onun mövcudluğunu ilk dəfə 1906-cı ildə alman psixiatrı Alois Altsheymer aşkar edib. O, əlli yaşında vəfat edən xəstənin ölüm səbəblərini mətbuat səhifəsinə çıxarıb. Sonralar tibbi ədəbiyyatda ona oxşar bir sıra hadisələr barədə məlumat verilib və az sonra Altsheymer ayrıca bir xəstəlik kimi qəbul edilib.

Altsheymer normal qocalıq əlaməti olan düşünmə qabiliyyətinin pozulması prosesini sürətləndirərək inkişaf edən və ya xroniki patologiya halına gətirən problemdir. Xəstəlik zamanı danışıq, düşünmə, qavrama, anlama, hesablama, tanıma kimi qabiliyyətlər tədricən zəifləyir. Bu, əsasən 65 yaşdan sonra inkişaf edən problemdir, lakin xəstəliyə bəzi hallarda daha erkən yaşlarda da rast gəlmək olur.

İndiyə qədər mütəxəssislər tərəfindən bir çox sensasiya yaradan açıqlamaların olmasına baxmayaraq xəstəliklə mübarizə və ya onun profilaktikası ilə əlaqəli heç bir dəqiq elmi sübut yoxdur. Tibbin köməyi ilə sadəcə xəstənin vəziyyətini yüngülləşdirmək mümkündür.

Hazırda dünyada xroniki yaddaş zəifliyindən əziyyət çəkən 35 milyon nəfər var. Mütəxəssislər 2050-ci ilə kimi həmin xəstəlikdən əziyyət çəkənlərin sayının 115 milyona çatacağını proqnozlaşdırırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır