Ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı saziş imzalandı - TƏBİB
21.09.2020 10:43
2019-cu ilin sonundan etibarən dünyada sürətlə yayılan SARS-CoV-2 virusuna görə yaranmış pandemiya əksər ölkələrin səhiyyə və iqtisadi sistemlərini böhran vəziyyətinə salıb. Pandemiya davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə metodları tətbiq edilsə də, güclü mübarizə sistemləri hələ də hazır deyil.
Aztibb.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, yoluxucu xəstəliklərə səbəb olan digər viruslardan fərqli olaraq SARS-CoV-2 virusu gec mutasiya olan, lakin yoluxdurucu gücü sürətlə artan virusdur. Bu şəraitdə epidemioloji vəziyyətə nəzarət edə bilmək üçün ən effektiv vasitə həssas əhali qruplarının vaksinasiyasıdır:
"Hesablamalar göstərir ki, əhalinin ilkin olaraq 20%-nə peyvəndlərin vurulması epidemioloji vəziyyətə effektiv nəzarət etmək üçün kifayət edə bilər. İstifadə oluna biləcək vaksinlər üzrə vacib tələblərdən biri, vaksinin effektiv və təhlükəsiz olmasıdır. Vaksin virusa qarşı ən azı 50% qoruyuculuq qabiliyyətində malik olmalı və kənar mənfi təsirləri minimum səviyyədə olmalıdır. Çoxtərəfli platformalarda ölkələrin iştirakı məqsədilə, GAVI, CEPI və ÜST tərəfindən COVAX platforması yaradılıb. COVAX təşkilatı, geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitələrilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir. COVAX platformasının əsas məqsədi, COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli və bərabər əlçatanlıq imkanı yaratmaqdır".
Məlumatda vurğulanıb ki, hazırda klinik sınaqlar fazasında olan 30 vaksindən cəmi 6-sı 3-cü klinik fazada sınaqlardan keçirilir:
"Tədqiqatlar davam etdiyindən, vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil. Lakin aparıcı vaksin namizədləri artıq çoxsaylı ön sifarişlər qəbul etdiklərindən, bu tələbin həcminin onların istehsal potensialından çox olmasını nəzərə alsaq, növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər. Bunları nəzərə alaraq, 18 sentyabr 2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST (Ümümdünya Səhiyyə Təşkilatı) tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvədlə təmin olunacaqdır. Azərbaycan Respublikası elmin nailiyyətlərinə və dünya praktikasına əsaslanaraq əhalinin sağlamlığının qorunması istiqamətində ehtiyac olan bütün tədbirləri həyata keçirməyə davam edəcəkdir və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".
Bu bölməyə aid digər xəbərlər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

