Lənkəranda “Tibbi tullantıların idarə edilməsi” mövzusunda təlim keçirilib
10.08.2022 12:35

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzinin laboratoriya üzrə eksperti Radu Kojakaru və ÜST-nin ölkə ofisinin eksperti Cəvahir Süleymanova “Laboratoriyaların tibbi tullantılarının idarə edilməsi” mövzusunda təlim kurslarını davam etdirir.

 

ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi instaqram səhifəsində bildirilib ki, COVID-19 kontekstində laboratoriya şəbəkəsinin gücləndirilməsinə davamlı dəstək çərçivəsində keçirilən təlimlər Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. Lənkəranda həyata keçirilən təlimlərdə sözügedən rayon və yaxın bölgələrdən laboratoriya əməkdaşları və müxtəlif xəstəxanalardan tibb işçiləri iştirak ediblər.

 

Təlim kurslarına laboratoriyada yaranan tullantıların müxtəlif kateqoriyaları, müvafiq risklər və tullantıların idarə edilməsi prosesi, o cümlədən seqreqasiya, müvəqqəti saxlama, daşınma, zərərsizləşdirmə və təkrar emalı haqqında məlumatlar daxil edilib. Tullantıların idarə olunması üzrə təlimlər tibb işçilərinə səhiyyə müəssisəsində tullantıların kateqoriyalarının müəyyən edilməsində biliklərini təkmilləşdirməyə, ictimai səhiyyə və ətraf mühitə mənfi təsirləri minimuma endirmək üçün ən yaxşı təcrübə və strategiyanı təkmilləşdirməyə kömək edir.

 

Güclü laboratoriya şəbəkəsi qlobal sağlamlıq təhdidlərini aşkar etmək və onlara cavab vermək üçün zəruridir. Bundan sonra da ÜST Azərbaycanda tibbi xidmətlər üçün keyfiyyətin idarə edilməsi və biotəhlükəsizliyin gücləndirilməsinə dəstəyini davam etdirəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır