Naxçıvanda qanvermə aksiyası keçirilib  
09.08.2022 10:06

Naxçıvan Muxtar Respublikasında könüllü qanvermə aksiyası keçirilib.

 

Muxtar respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Aşura günündə ənənəvi olaraq keçirilən qanvermə aksiyası ötən il olduğu kimi, bu il də pandemiya səbəbindən məscidlərdə deyil, muxtar respublikanın səhiyyə müəssisələrində təşkil olunub.

 

Aksiya zamanı sosial məsafə gözlənilməklə sanitar-gigiyena qaydalarına ciddi əməl edilib, bütün zəruri tədbirlər həyata keçirilib. Həkim briqadaları əvvəlcə koronavirus, arterial təzyiq, hepatit, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün donorları müayinə edib, sonra müvafiq qan qruplarına uyğun qan götürülüb. Aksiyada, ümumilikdə, 590 nəfərdən götürülən 294 litr qan qrupları müəyyənləşdirilərək Naxçıvan Muxtar Respublika Xəstəxanasının və Diaqnostika-Müalicə Mərkəzinin Qan banklarına təhvil verilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır