Terapevt Fəridə Rəşidzadə - "Həkimlərimizi tanıyaq" rubrikası  
08.08.2022 15:40

"Həkimlərimizi tanıyaq" rubrikasının budəfəki qonağı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 1 saylı Ailə Sağlamlıq Mərkəzinin həkim-terapevti Fəridə Rəşidzadədir.

 

Fəridə Tofik qızı Rəşidzadə 06 avqust 1993-cü ildə Mingəçevir şəhərində anadan olub. 2011-ci ildə Rusiya Federasiyasının Mordoviya Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub. 2017-ci ildə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin təşkil etdiyi Akkreditasiyadan uğurla keçərək mama-ginekologiya ixtisası üzrə kliniki ordinaturaya qəbul olunub və 2019-cu ildə fərqlənmə diplomu ilə bitirib.

 

O, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının təşkil etdiyi bir sıra elmi konfransların iştirakçısıdır. Gənc həkimin çoxlu sayda sertifikatları var.

 

Fəridə Rəşidzadə 2022-ci ildə Mingəçevir ŞMX-nın 1 saylı Ailə Sağlamlıq Mərkəzində ailə həkimi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır