Səudiyyə Ərəbistanı BMT və ÜST-ə 100 milyon dollar yardım edib
20.09.2020 09:40

Səudiyyə Ərəbistanı COVID-19 pandemiyası ilə mübarizədə yoxsul ölkələrə yardım məqsədilə BMT və Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 100 milyon dollar ayırdığını bəyan edib. Bu barədə Krallığın rəsmi SPA informasiya agentliyi məlumat yayıb.

 

Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdallah Əl Muallimi təşkilatın Baş katibi Antonio Quterreş ilə virtual görüşündə bildirib ki, onun ölkəsi pandemiya ilə mübarizə sahəsində qlobal əməkdaşlığı dəstəkləyir və ayrılan vəsaitin yoxsul ölkələrdə insanların epidemiyadan qorunmasına sərf olunmasını istəyir. O, əlavə edib ki, Krallıq pandemiya ilə qlobal mübarizəyə qoşulan ilk ölkələrdən biri olub.

 

Antonio Quterreş Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizə təşəkkürünü bildirərək qeyd edib ki, Krallıq pandemiya ilə yanaşı, dünyada sülhün və təhlükəsizliyin təmin olunması, o cümlədən Yəməndə humanitar fəlakətin aradan qaldırılması istiqamətində BMT ilə sıx əməkdaşlıq edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır