“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Oftalmoloq Nuriyyə İsmayılova 
03.08.2022 22:21
“Həkimlərimizi tanıyaq!” rubrikamızda saytımızın oxucularına zəngin iş təcrübəsinə malik peşəkar həkim, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin oftalmoloqu Nuriyyə İsmayılova haqqında məlumatları təqdim edirik.
 
 
Nuriyyə Müzəffər qızı İsmayılova 23 iyul 1959-cu ildə Yevlax rayonunda anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1983-cü ildə 1 saylı Şəhər Klinik Xəstəxanasında (Semaşko) internatura keçib.
 
O, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Göz xəstəlikləri üzrə təkmilləşmə kursu keçərək oftalmoloq ixtisası alıb.
 
1984-cü ildə Mingəçevir ŞMX-nın “Ana və Uşaq” MSM-nin Poliklinika şöbəsində həkim-oftalmoloq kimi əmək fəaliyyətinə başlayıb. 2015-ci ildən Mingəçevir ŞMX-nın Poliklinika şöbəsində fəaliyyətini davam etdirir.
 
Qeyd edək ki, Nuriyyə İsmayılova 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Ağdərə bölgəsi istiqamətində şəhid olmuş Noel Ahəngarinin həyat yoldaşıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır