Azərbaycanla Türkiyə arasında aviareyslərin sayının artırılması nəzərdə tutulur - Türkiyə səfiri ilə EKSKLÜZİV müsahibə
19.09.2020 16:19

Hazırda aviareyslərə böyük təlabat müşahidə olunur. İki ölkə arasında bir gün ərzində “Azərbaycan Hava Yolları” (Azal) və “Türk Hava Yolları”nın hər birində 11 uçuş olmaqla ümumilikdə 22 uçuş həyata keçirilir. Bu səfərlərin sayının gündə iki dəfə həyata keçirilməklə 28-ə qaldırılması nəzərdə tutulur.

 

Bu barədə Aztibb.az-a müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral məlumat verib.

 

Erkan bəy, hazırda dünya ölkələri koronavirus pandemiyası ilə mübarizə aparır. Azərbaycan və Türkiyə də bu mübarizənin iştirakçılarıdır. Hər iki ölkədəki mövcud durumu necə qiymətləndirirsiz?

 

Yeni növ koronavirus (COVID-19) pandemiyası bütün dünyanı əhatə edən qlobal problem olduğundan onun həlli üçün də qlobal miqyasda tədbirlərin görülməsi, ölkələrin bir-biriləri ilə əlaqələr quraraq bu virusa qarşı birgə mübarizə aparması tələb olunur. Bu səbəbdən Türkiyə də bir çox ölkələrlə, o cümlədən Azərbaycanla bu istiqamətdə birgə fəaliyyət göstərir. Hər iki ölkənin Səhiyyə nazirlikləri əməkdaşlıq əlaqələri çərçivəsində bir-birilərinə bütün mümkün istiqamətlər üzrə dəstək verirlər.

 

Azərbaycan və Türkiyədə koronavirusla mübarizə tədbirləri ilə bağlı hansı fərqləri görürsüz?

 

Bütün ölkələrdə demək olar ki, oxşar tədbirlər görülür: qısa müddətli karantin rejiminin tətbiqi, bir sıra məhdudiyyətlərin qoyulması, kütləvi tədbirlərin təşkilinin qadağan olunması, məktəb, bağça və iş yerlərinin bağlanması, toyların və məscidlərdən istifadənin dayandırılması və s. Türkiyə və Azərbaycanda da qeyd olunan tədbirlər həyata keçirildi. Hər iki ölkədə yeni növ koronavirusla bağlı oxşar vəziyyət müşahidə olunsa da, xəstəliyin gedişatı ilə bağlı bir sıra fərqlər də mövcuddur. Belə ki, Türkiyədə hazırda koronavirus xəstələrinin sayında artım müşahidə olunur, Azərbaycanda isə vəziyyət nisbətən stabildir.

 

Türkiyədə vaksin hazırlanması ilə bağlı hansı işlər görülür?

 

Türkiyədə xəstəliyin müalicə metodları ilə bağlı, eləcə də peyvəndlərin hazırlanması istiqamətində tədqiqatlar aparılır. Bildiyiniz kimi, “Peyvənd hazırlama proqramı” üzrə işlər davam etdirilir. Hazırda Türkiyədə 7 vaksin üzərində tədqiqatlar aparılır, sınaqlar keçirilir. Qeyd edim ki, bu vaksinlər arasında azərbaycanlı alim, Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun yaşıl bitkilər üzərində hazırladığı zülal əsaslı vaksin də yer alıb.

 

Azərbaycan-Türkiyə hava yolları ilə bağlı yeniliklər varmı? Hazırda uçuşlar hansı şərtlərlə həyata keçirilir?

 

Pandemiyadan öncə Azərbaycan və Türkiyə arasında hər gün 20-yə qədər uçuş həyata keçirilirdi. Lakin təəssüf ki, hazırda gün ərzində həyata keçirilən səfərlərin sayı xeyli azalıb. Bir müddət səfərlər tamamilə dayandırılsa da, hazırda uçuşlara böyük təlabat müşahidə olunur. İki ölkə arasında bir gün ərzində “Azərbaycan Hava Yolları” (Azal) və “Türk Hava Yolları”nın hər birində 11 uçuş olmaqla ümumilikdə 22 uçuş həyata keçirilir. Bu səfərlərin sayının gündə iki dəfə həyata keçirilməklə 28-ə qaldırılması nəzərdə tutulur. Bütün bunlar hər iki ölkədə pandemiyanın təsirlərinin necə davam edəcəyindən asılıdır.

 

Sizcə, pandemiya dövlətlərarası diplomatik münasibətlərə necə təsir etdi?

 

Qeyd etdiyim kimi, Türkiyə və Azərbaycan pandemiya ilə mübarizə istiqamətində birgə əməkdaşlıq edir. Bununla yanaşı, Azərbaycanın beynəlxalq arenada olduqca müsbət imici formalaşıb. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyası keçiriləcək. Bu, virusla mübarizə istiqamətində ölkələrin göstərdiyi qətiyyəti və həyata keçirilən məqsədyönlü tədbirləri nümayiş etdirmək baxımından əhəmiyyətli bir platforma olacaq.

 

Türkiyənin Azərbaycandakı səfirliyinin pandemiya ilə əlaqədar gördüyü tədbirlər haqqında məlumat verərdiniz.

Bütün müəssisələrdə olduğu kimi, Türkiyənin Azərbaycandakı səfirliyi də fəaliyyətində məhdudiyyətlər tətbiq edib, işə cəlb olunan əməkdaşların sayı azaldılıb, məsafədən fəaliyyət sisteminə keçilib. Həmçinin karantin rejiminin tələblərinə uyğun olaraq sosial məsafə saxlanılmasına əməl edilir, maskalardan və dezinfeksiya vasitələrindən istifadə olunur, əməkdaşlara bu istiqamətdə mütəmadi olaraq maarifləndirici məsləhətlər verilir.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir