Şəki Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edildi
03.08.2022 14:54

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi Əliyev Məcid Abduləli oğluna həvalə olunub.

 

Məcid Əliyev 21.02.1965-ci ildə Şəkidə anadan olub. 1983-1989-cu illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb.

 

1990-1993-cü illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Aşağı Göynük kənd sahə xəstəxanasının həkim-terapevti işləyib. 1993-1997-ci illərdə Şəki rayonunun Baş Göynük kənd sahə xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1997-2009-cu illərdə Şəki Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri olub.

 

2010-cu ildə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, 2010-2017-ci illərdə isə baş həkim vəzifəsində çalışıb. 2019-cu ildən etibarən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır