Şəmkir Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib
31.07.2022 22:39

Şəmkir Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib. Görüşə xəstəxananın Qazilərlə iş şöbəsinin əməkdaşları, xəstəxanada yeni işə götürülmüş müharibə iştirakçıları və şəhid ailə üzvləri də qatılıblar.

 

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə "Şəmkir Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru Emin İsmayılov xəstəxanada qazilərlə işin aparılması üçün yeni yaradılmış Qazilərlə iş şöbəsinin fəaliyyətindən danışıb. Bildirib ki, son bir il ərzində xəstəxanaya ümumilikdə 25 nəfər müharibə iştirakçısı və şəhid ailəsi üzvündən olan işçi götürülüb.

 

Daha sonra Şəmkir rayon İcra Hakimiyyətinin əməkdaşı və xəstəxananın Dializ şöbəsinin müdiri çıxış ediblər. Qeyd olunub ki, 44 günlük  Vətən müharibəsi qəhrəman şəhid və qazilərimiz sayəsində bütün dünyaya haqq uğrunda mübarizədə qələbənin necə qazanılmasını göstərdi. Şəhidlərimiz bütöv Azərbaycanı gələcək nəslə əmanət qoyub getdilər. Onlar qanları və canları bahasına bu torpaqları düşməndən azad etdilər. “Dəmir yumruq” düşmənin başını əzdi, onlara Azərbaycan xalqının nəyə qadir olduğunu sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

 

Sonda şəhid anaları Hekayət xanım və Xanımzər xanım çıxış edərək qəhrəman övladları ilə fəxr etdiklərini bildirib, onlara göstərilən qayğıdan danışııblar. Şəhid anaları tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır