Şəkidə pediatrik reanimasiyaya dəstək məqsədilə təlim keçirilib
27.07.2022 13:02

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və “UPTODATE in Medicine”-nın birgə əməkdaşlığı çərçivəsində Şəki şəhərində pediatrik reanimasiyaya dəstək məqsədilə Amerika Ürək Assosiasiyasının (AHA) Pediatrik Təkmil Həyata dəstək PALS təlimi baş tutub.

 

Təlimdə Zaqatala, Balakən və digər qonşu bölgələrin ixtisas həkimləri, eyni zamanda, neonatoloqlar iştirak ediblər.

 

Təlim İSİM-in əməkdaşı, eyni zamanda Amerika Ürək Assosiasiyasının ACLS, PALS, BLS üzrə beynəlxalq sertifikatlı təlimçisi Könül İsmayılova tərəfindən aparılıb.

 

İki gün davam edən təlimdə pediatrik təcili yardımın əsasları ilə bağlı həm nəzəri, həm də praktik bacarıqlar öyrədilib.

 

Sonda iştirakçılar test imtahanlarının nəticələri əsasında beynəlxalq sertifikat əldə ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır