Boris Conson: "Böyük Britaniya koronovirusun ikinci dalğasını yaşayır"
19.09.2020 08:44

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkəsinin koronovirusun ikinci dalğasını yaşadığını açıqlayıb. O, ikinci dalğanın qaçılmaz olduğunu, ölkədə daha sərt karantin tədbirlərinin həyata keçirilməsini istəmədiyini və bunun son çarə olduğunu bildirib.

 

Baş nazir deyib: “Məktəblərin yenidən normal fəaliyyət göstəməsi yaxşı haldır. İqtisadiyyatımızı mümkün qədər açıq saxlamaq istəyirik. Ancaq bunun üçün xalqımızın qanunlara tabe olması lazımdır”.

 

Üç mərhələli məhdudlaşdırmanın tətbiq olunduğu ölkədə, birinci mərhələ insanlar arasında sosial məsafə qaydalarının qorunmasıdır.

 

İkinci mərhələni ev görüşlərinə, restoran, kafe və barlara qoyulan məhdudiyyətlər təşkil edir.

 

Üçüncü mərhələdə isə sərt karantin rejiminin tətbiqi nəzərdə tutulub.

 

Xatırladaq ki, Böyük Britaniyada 381 min 614 nəfər bu virusa yoluxub, 41 min 705 nəfər isə həyatını itirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır