“Şəki Bazar” ASC-nin ərazisində mütəmadi olaraq polis əməkdaşları xidmət aparır
19.09.2020 01:12

Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktik tədbirlər görülür. Buna baxmayaraq, “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində son günlərdə 12 nəfərin qeyd olunan virusa yoluxduğu aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, baş verən bu halın risk mənbəyi olduğu nəzərə alınaraq, bazarın ərazisində müvafiq sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədilə bazar sentyabrın 18-dən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq üç gün müddətində karantinə bağlanıb. Yəni bu müddətdə bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.

 

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları ərazidə mütəmadi olaraq xidmət aparırlar. Satıcıların əmlakının qorunması, eləcə də təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər həyata keçirilir. Polis naryadları tərəfindən bazar ərazisində müəyyənləşdirilən müddətdə günün 24 saatı xidmət aparılacaq, ümumiyyətlə, bazarın, eləcə də, satıcılara məxsus malların tam mühafizəsi təmin ediləcək.

 

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən “Şəki Bazar” ərazisində dezinfeksiya işlərinə başlanılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır