Almaniyada təqribən 10 nəfər “Qərbi Nil virusu”na yoluxub
18.09.2020 20:43

Almaniyada qan analizlərində “Qərbi Nil virusu” təsdiqlənmiş şəxslərin sayı 10 nəfərə çatıb.

 

Aztibb.az xəbər verir ki, bu xəstəliyin yayılma sahəsi hələlik Berlin və Leypsiqlə məhdudlaşır. Lakin infeksionistlər artıq həyəcan təbili çalır və ölkənin başqa regionlarında yaşayan həmkarlarına xəbərdarlıq edirlər ki, onlar bu xəstəliyin ilk əlamətlərinin aşkarlandığı şəxsləri dərhal izolyasiya etsinlər və müayinəyə başlasınlar.

 

Bu xəstəlik törədicisinin kökləri Afrikaya gedib çıxır. Virus ağcaqanadlardan ötürülür. İnsanlardan başqa, quşlar və atlar da bu xəstəliyə tutula bilər. Almaniyada ilk pasiyent bu xəstəliyə ötən ilin sonunda tutulub. Ehtimal ki, virus Avropaya Afrikadan gələn köçəri quşlar vasitəsilə düşüb. İndi isə sübut olunub ki, xəstəlik törədicisi Almaniyada azı bir qış mövsümü keçirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır