ANAMA-nın yeni müdavimlərinə TƏBİB həkimləri tərəfindən “İlk tibbi yardım” kursu keçirilir
21.07.2022 10:35

İşğaldan azad edilmiş Qarabağda aparılan mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatlarının genişləndirilməsinin davamı olaraq Minatəmizləmə Agentliyi tərəfindən yeni müdavimlərin əməliyyatlara cəlb edilməsi istiqamətində fəaliyyət icra olunur.

 

Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində daha bir faydalı əməkdaşlıq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ilə reallaşdırılır.

 

Belə ki, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyində olan tibb müəssisələrinin həkimləri tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işə yeni qəbul edilən sahə əməkdaşları üçün “İlk tibbi yardım” kursu təşkil edilir. ANAMA-nın peşə xüsusiyyətlərinə nəzərən, bu kimi kurslar sahədə fəaliyyət göstərən minaaxtaranların ilk tibbi yardım vərdişlərinin formalaşdırılması istiqamətində həyati əhəmiyyət kəsb edir.

 

Təlimdə Agentliyin yeni əməkdaşlarına mina hadisəsi baş verdikdə, günvurma hallarında, ilan və ya əqrəb sancmaları zamanı görüləcək zəruri tədbirlər və zərərçəkən şəxsin həyatı üçün təhlükə yaradan məqamların aradan qaldırılması məqsədilə bilik və bacarıqlar öyrədilir. Zərərçəkənin qısa müddət ərzində vəziyyətinin düzgün qiymətləndirilməsi, zəruri addımların atılması insan həyatının xilas edilməsinə xidmət edir.

 

Müharibənin partlayıcı qalıqları ilə mübarizədə Agentliyin əməkdaşları beynəlxalq təcrübəyə əsaslanaraq təhlükəsizlik tədbirlərinə riayət etməlidir. Həmçinin zərurət qarşısında hər bir minaaxtaran xəsarətin növündən asılı olmayaraq ilk tibbi yardımın göstərilməsini bilməlidir. Mina və partlamamış hərbi sursatların növü və partlayış gücündən asılı olaraq müxtəlif bədən xəsarətləri və ölümlə nəticələnə bilər.

 

Təlimdə yaraların düzgün və steril sarğılanması, qanaxmanın dayandırılması, süni tənəffüsün verilməsi, ürəyin qapalı masajı və digər zəruri tədbirlər üzrə nəzəri və praktiki biliklər aşılanır.

 

“İlk tibbi yardım” kursunun sonunda müdavimlər imtahanlara cəlb olunur. Bugünədək 477 nəfər ANAMA əməkdaşı TƏBİB tərəfindən keçirilən “İlk tibbi yardım” kursunda iştirak edib.

 

Qeyd edək ki, fəaliyyətini beynəlxalq minatəmizləmə standartlarına uyğun icra edən ANAMA əməliyyatların keçirildiyi hər bir tapşırıq sahəsində təcili yardım maşınları ilə təchiz olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb