Biofizika İnstitutu Milli Onkologiya Mərkəzi ilə birgə Portuqaliyanın STAB VİDA kompaniyasıyla əməkdaşlığa başlayır
19.07.2022 12:58

Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov Avropa Şurasının “HORİZON 2020” (H2020 MARİE SKTODOWKSA-CURE, LungCARD) proqramı üzrə Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) işgüzar səfərdə olan Portuqaliyanın STAB VIDA kompaniyasının kimyəvi proseslər və biotexnologiya üzrə mütəxəssisi Karla Klimenta ilə görüşüb.

 

Görüşdə MOM-un əməkdaşı, Molekulyar və hüceyrə onkologiyası laboratoriyasının rəhbəri, b.ü.f.d. Leylaxanım Məlikova, Biofizika İnstitutunun icraçı direktoru, b.e.d. Kərim Qasımov, baş meneceri, t.ü.f.d. Azad Əbdürəhimov və İnteqrativ biologiya laboratoriyasın müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradov da iştirak ediblər.

 

Görüş zamanı proqram çərçivəsində hazırlanan DrVİDA adlı cihazın istifadəsi ilə yeni metodların tətbiqinə dair müzakirələr aparılıb. Portuqaliyalı tədqiqatçı K.Klimenta bildirib ki, proyektin əsas məqsədi ağciyər adenokarsinomasının yaranmasına səbəb olan mutasiyaların və müalicə zamanı əmələ gələ bilən yeni mutasiyaların aşkarlanmasıdır. Qeyd olunub ki, sınaq işlərində nümunələrin hazırlanması, eləcə də test zamanı optimal şəraitin seçilməsi böyük əhəmiyyət kəsb etdiyindən STAB VİDA kompaniyası iki DrVİDA cihazını və onun işi üçün lazım olan reagentləri MOM-da saxlayıb.

 

Qeyd edək ki, üçtərəfli əməkdaşlıq sayəsində cihazın optimal şəraitdə istifadəsi üzrə tədqiqatların aparılması və alınan nəticələri cihazın iş protokoluna salınması nəzərdə tutulub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb