"Həkimlərimizi tanıyaq!" - Yüksəkixtisaslı həkim, damar cərrahı, t.ü.f.d. Səbuhi Dadaşov
19.07.2022 10:38

“Həkimlərimizi tanıyaq!” rubrikamızda Sizlərə hər bir xəstəyə individual yanaşan yüksəkixtisaslı həkim, damar cərrahı, t.ü.f.d. Səbuhi Dadaşovu təqdim edirik.

 

Səbuhi Dadaşov 2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-2009-cu illərdə İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında kliniki ordinaturada təhsil alaraq həkim-ordinator, 2009-2012-ci illərdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində aspiranturada təhsilini "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində davam etdirərək həmin Universitetin 1 nömrəli universitet klinik xəstəxanasında həkim-aspirant kimi çalışıb. O, 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında damar cərrahı işləyir.

 

Həkim-cərrah 2012-ci ildə “Daxili yuxu arteriyasının patoloji deformasiyasının cərrahi müalicə taktikası” mövzusunda dissertasiya işini müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

 

Səbuhi Dadaşov Mərkəzi Gömrük Hospitalında arterial, venoz və limfatik sistem xəstəliklərinin müasir cərrahi və konservativ müalicəsini həyata keçirir. Onun etdiyi əməliyyatlar sırasına abdominal aorta və periferik arteriyaların anevrizmaları zamanı anevrizmektomiya və protezləşdirmə, aorta-bifemoral şuntlama, periferik arteriyaların autovenoz və ya süni damar ilə şuntlanması, karotid endarterektomiya və arterioplastika, periferik arteriyalardan endarterektomiya, trombembolektomiya, fleboloji əməliyyatlar: klassik flebektomiya, endovenoz ablasiya və miniflebektomiya, skleroterapiya, köpük skleroterapiya və Exo-skleroterapiya daxildir.

 

O, daim öz üzərində işləyir, tibb sahəsində qazanılan nailiyyətləri öz təcrübəsini zənginləşdirir.

 

Dr.Səbuhi Dadaşov 2007-2012-ci illərdə Rusiya Federasiyasında ürək-damar cərrahiyyəsinin müxtəlif bölümlərini əhatə edən elmi-praktik kurslar keçib, bir çox konfransların, konqreslərin iştirakçısı olub və elmi işi barəsində məruzələrlə çıxış edib.

 

Həkim Rusiya Federasiyası Ürək-Damar Cərrahları Assosiasiyasının və Avropa Damar Cərrahiyyəsi Cəmiyyətinin üzvüdür.

 

Səbuhi Dadaşov barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/sebuhi-dadashov

 

Daha ətraflı məlumat üçün əlaqə nömrəsi: (012) 404-08-08.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb