Səhiyyə işçiləri üçün əmək yarmarkası keçirilib – Naxçıvanda
18.09.2020 14:50

Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə səhiyyə işçiləri üçün əmək yarmarkası keçirilib.

 

Naxçıvanın Səhiyyə naziri Niyazi Novruzov tədbirdə çıxış edərək səhiyyə sistemində aparılan quruculuq işlərindən, həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, son illər səhiyyənin inkişafında, tibbi xidmətlərin yüksək səviyyədə təşklində, tibbi kadrların hazırlanmasında uğurlar əldə olunub.

 

Qeyd edilib ki, muxtar respublikada tibbi kadrlara olan tələbatın ödənilməsi məqsədilə Naxçıvan Dövlət Universitetində ali, Naxçıvan Tibb Kollecində isə orta ixtisas təhsilli tibbi kadr hazırlığı həyata keçirilir.

 

Səhiyyədə gedən islahatlar çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin gücləndirilməsi məqsədilə şəhər və rayonlarda müasir tibb avadanlıqları və texnika ilə təchiz edilmiş yeni səhiyyə müəssisələri istifadəyə verilib, fəaliyyətdə olan tibb müəssisələrində əsaslı təmir işləri aparılıb. Muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması xidməti keyfiyyətcə daha da yaxşılaşdırıb, icbari tibbi sığortanın tətbiqində uğurlar qazanılıb. Pandemiya dövründə səhiyyə işçilərinin fədakarlığı muxtar respublikada əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb edib.

 

Nazir kənd yerlərindəki səhiyyə müəssisələrində yeni əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün güzəştlər və stimullaşdırıcı tədbirlərdən də danışıb, işlə təmin olunacaq gənc məzunlara uğurlar arzulayıb.

 

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, həyata keçirilən quruculuq tədbirləri, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsinə əlverişli zəmin yaradır. Muxtar respublikanın Ali Məclisi Sədrinin təsdiq etdiyi “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası üçün əmək bazarı müntəzəm təhlil edilir və nəticələrə uyğun şəkildə müxtəlif ixtisaslar üzrə peşə kursları təşkil olunur, əmək yarmarkaları keçirilir. Həmçinin sosial qayğıya ehtiyacı olan ailələr müəyyənləşdirilərək özünüməşğulluq proqramına cəlb edilir və onlar seçdiyi sahə üzrə zəruri vəsaitlərlə təmin olunur. Nəticədə, muxtar respublika əhalisinin sayının və yaşayış üzrə ehtiyac meyarının artmasına baxmayaraq, sosial yardım almaq üçün müraciət edən şəxslərin sayında ildən-ilə azalma müşahidə edilir.

 

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Müalicə işi ixtisası üzrə builki məzunu Bənövşə Qasımova gənc kadrların işlə təminatında əmək yarmarkalarının əhəmiyyətindən danışıb, görülən işləri, yaradılan şəraiti muxtar respublikada əhalinin sosial rifahına yönələn hərtərəfli dövlət qayğısının parlaq ifadəsi kimi dəyərləndirib.

 

Sonra işaxtaranlar əmək yarmarkasında vakant iş yerləri ilə tanış olublar. Yarmarkada həkimlər üçün 463, orta tibb işçiləri üçün isə 77, bütövlükdə, 540 vakant yer təklif edilib.

 

Yarmarkada 30 həkim və 37 tibb bacısı olmaqla, 67 nəfər işə göndəriş alıb.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!