“Həkimlərimizi tanıyaq!” rubrikası - Nailə Əhmədova
14.07.2022 23:00

“Həkimlərimizi tanıyaq!” rubrikamızda sizlərə pasiyentlərin etimadını qazanmış Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının 2 sayli Poliklinikasının müdiri Nailə Əhmədova haqqında məlumatları təqdim edirik.

 

Nailə Fərrux qızı Əhmədova 1958-ci ildə Qazax rayonunda anadan olub. 1982-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. Həmin ildən 1 saylı Şəhər Klinik Xəstəxanasında internatura keçib.

 

O, 1982-ci ildən Mingəçevir ŞMX-nın 2 saylı Poliklinikasında sahə həkimi kimi əmək fəaliyyətinə başlayıb. 2002-2017-ci illərdə 2 saylı Poliklinikanın baş həkimi, 2017-2018-ci illərdə 2 saylı ASM-nin bölmə müdiri vəzifəsində çalışıb. 2019-2022-ci illərdə 1 saylı ASM-də ailə həkimi işləyib. Hazırda 2 sayli Poliklinikasının müdiri vəzifəsinə təyin olunub.

 

Nailə Əhmədova ictimai fəaliyyətlə də məşğuldur. O, YAP-nın Qadınlar Şurasının üzvüdür. Həmçinin 17 ildir ki, Seçki Məntəqəsinin sədri vəzifəsini icra edir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub