Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Tibbi Şuranın növbəti iclası keçirilib
09.07.2022 13:46

"Şəmkir Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsdə Tibbi Şuranın növbəti iclası keçirilib.

 

Bu barədə Aztibb.az-a Xəstəxanadan bildirilib.

 

İclasda 6 ay ərzində peyvəndlərlə bağlı həyata keçirilən profilaktik tədbirlər, Meymunçiçəyi xəstəliyinin yayılma riski, eləcə də Səhiyyə Nazirliyinin 24.04.2022-ci il tarixli 98 saylı əmrinin müzakirəsi aparılıb, tibb müəssisə rəhbərlərinə yerlərdə hamilələrin ilkin qeydiyyatının aparılması və nəzarətdə saxlanılması tapşırılıb.