Yeni mərkəzdə sağlamlıq imkanları məhdud 100 uşağa xidmətlər göstəriləcək
08.07.2022 18:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Bərdədə yeni fəaliyyətə başlayan sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzini ziyarət edib.

 

Agentliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən xəbərə görə, Sosial Xidmətlər Agentliyinin sosial sifarişi ilə “Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsi çərçivəsində yaradılan mərkəzdə həmin rayondan olan sağlamlıq imkanları məhdud 100 uşaq sosial xidmətlərə cəlb olunacaq.

 

Sədr bildirib ki, Prezident İlham Əliyevin tapşırığı ilə həssas əhali qruplarından olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və digər sosial xidmətlərlə təmin edilməsi tədbirləri davamlı xarakter daşıyır.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial reabilitasiyası, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası məqsədilə mütəmadi olaraq sosial proqramlar icra olunur.

 

V.Behbudov qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqların zəruri sosial xidmətlərlə əhatə olunması məqsədi daşıyan sosial reabilitasiya mərkəzlərində onlara sosial-psixoloji, sosial-pedaqoji, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətləri göstəriləcək. Bununla da reabilitasiyaya cəlb olunan uşaqların psixo-sosial vəziyyətlərində müsbət dəyişikliklərin olunması hədəflənir.

 

Layihə çərçivəsində 25 rayonda (Ağdam, Ağstafa, Astara, Balakən, Bərdə, Biləsuvar, Cəlilabad, Gəncə, Göyçay və s.) yaradılacaq sosial reabilitasiya mərkəzlərinin hər birində 100 nəfər sağlamlıq imkanları məhdud uşaq müvafiq xidmətlərə cəlb olunacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır