Gəncədə COVID-19-a qarşı dezinfeksiya işləri gücləndirildi  
18.09.2020 12:20

Gəncədə COVID-19 infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə ardıcıl işlər həyata keçirilir. Belə ki, şəhərin müxətlif ərazilərində koronavirus infeksiyasına qarşı müəyyən edilmiş tələblərə riayət edilməklə mütəmadi olaraq təmizlik və dezinfeksiya işləri aparılır. İşlər yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş qəfəslərində, liftlər və onların ətrafında, oyun meydançalarında aparılır.

 

Gəncə şəhər İcra hakimiyyətindən Aztibb.az-a verilən məlumatda bildirilir ki, tibbi-profilaktiki tədbirlər park və xiyabanları, ictimai iaşə obyektlərini, ümumilikdə insanların sıxlıq təşkil etdiyi bütün əraziləri əhatə edir. Sözügedən ərazilər suya xüsusi dezinfeksiyaedici maddələr qatılmış məhlulla əl aparatı və su çiləyici avtomobillərlə dərmanlanır.

 

Bununla yanaşı, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prossesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq Gəncənin bütün orta məktəb və körpələr evi-uşaq bağçalarında da mütəmadi olaraq təmizlik və dezinfeksiya işləri həyata keçirilir.

 

Qrafikə uyğun olaraq həyata keçirilən tibbi-profilaktik tədbirlərlə yanaşı Gəncədə mütəmadi olaraq təmizlik işləri də aparılır. İşlərə Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin canlı qüvvəsi ilə yanaşı xüsusi texnikaları da cəlb edilirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib