Şəmkirin Çinarlı qəsəbəsində yaşayan birinci qrup əllil və yataq xəstələrinə imtiyazlı dərmanlar verilib
07.07.2022 08:20

Ölkəmizdə əlilliyi olan şəxslərə daim xüsusi diqqət və qayğı göstərilir.

 

Bu yaxınlarda Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan birinci qrup əllil və yataq xəstələrinə Şəmkir Rayon Mərkəzi Xəstəxanası tərəfindən imtiyazlı dərmanların verilməsi təmin olunub.

 

Çinarlı qəsəbə sakinləri onlara göstərilən diqqət və qayğıya görə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.