“Həkimlərimizi tanıyaq!” rubrikası təqdim edir: Endokrinoloq Tərlan Əmirova
07.07.2022 08:27
Aztibb.az-ın “Həkimlərimizi tanıyaq!” rubrikasında sizlərə pasiyentləri arasında böyük rəğbət qazanmış Abbas Səhhət adına xəstəxananın Poliklinika şöbəsinin həkim-endokrinoloqu Tərlan Əmirova haqqında məlumatları təqdim edirik.
 
 
Tərlan Rza qızı Əmirova 8 fevral 1984-cü ildə anadan olub. 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2007-ci ildə Bakı şəhər 4 nömrəli xəstəxanada internatura keçib.
 
Daha sonra fəaliyyətini Gəncə şəhər 5 nömrəli poliklinikada (indiki Şıxzamanlı ASM) davam etdirib. Tərlan Əmirova 2021-2022-ci illərdə Türkiyənin İzmir şəhərində yerləşən Ege Universiteti Tibb fakültəsində endokrinoloji poliklinikada ixtisasartırma kursu keçib.  Eyni zamanda, 2022-ci ilin mart ayında İzmirdə baş tutan 11-ci “Ulusal Obezite” (Milli Piylənmə) konqresində iştirak edib.
 
Bir çox seminar və vebinarların iştirakçısı olan Tərlan Əmirova hazırda Abbas Səhhət adına xəstəxananın Poliklinika şöbəsində həkim-endokrinoloq kimi fəaliyyət göstərir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır