Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edilib
05.07.2022 13:31

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərə göstərilən reabilitasiya xidmətləri ilə tanışlıq üçün Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə mediatur təşkil edib.

 

Jurnalistlərlə görüşdə bildirilib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturu müasir tələblərə uyğun qurulur və reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm işlər aparılır.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, müasir cihazlar və tibbi-reabilitasiya avadanlıqları ilə təchiz olunmuş Qəbələ Uşaq Reabilitasiya Mərkəzi ötən ilin dekabr ayında istifadəyə verilib. Mərkəzin məqsədinin tibbi, sosial, əmək reabilitasiya tədbirlərinin aparılması yolu ilə18 yaşadək əlilliyi müəyyən edilmiş şəxslərin sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyasını təmin etmək olduğu qeyd edilib.

 

25 çarpayılıq mərkəzdə müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisədə bölgədəki rayonlar üzrə bu günə kimi 1000-dən çox uşağa ambulator və stasionar formada səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə xidmətlər göstərilib.

 

Media nümayəndələrinə bildirilib ki, hazırda Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzi ilə yanaşı, Bakı şəhərində 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzləri var.

 

Ölkəmizdə uşaq bərpa müəssisələri şəbəkəsinin genişləndirilməsi işləri çərçivəsində hazırda Şəmkir rayonunda da Uşaq Reabilitasiya Mərkəzi inşa etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır