İnsan orqanizmi üçün əvəzolunmaz qida  – XURMA
18.09.2020 08:49

Yaxın Şərq ölkələrində insanların əsas qida məhsullarından biri də xurmadır. Qədim zamanlardan bəri insanlar ondan həm qida, həm də təbii dərman kimi istifadə ediblər. Tərkibində olan qida maddələrinə görə xurmanın sağlamlığa faydaları çoxdur.

 

Aztibb.az xəbər verir ki, bu barədə məlumat “MedikForum” saytında yer alıb.

 

Xurma beyinin sağlamlığını artırır. Onun tərkibindəki antioksidantlar beyini zərərli sərbəst radikalların yaratdığı iltihab və oksidləşdirici stresdən də qoruya bilər. Bu birləşmələrin olması yaşla əlaqəli zehni geriləmədən qorunmağa kömək edə bilər.

 

Bu meyvənin tərkibində həzmə kömək edən həm həll olunan, həm də həll olunmayan amin turşuları və lif mövcuddur. Xurma mədə-bağırsaq xəstəlikləri nəticəsində xroniki ishal səbəbindən kalium itkisini də doldurmağa kömək edir.

 

Həmçinin xurma sümük sağlamlığı üçün maqnezium, kalsium və bor ilə zəngindir. O, sümükləri gücləndirməyə, osteoporoz və sümük xərçəngi kimi xəstəliklər riskini azaltmağa kömək edir. Xurmanın tərkibində sümük inkişafı üçün vacib olan selen, manqan və mis də var.

 

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır